h1

“Jalə” məktəblilər və tələbələr arasında müsabiqə elan edir

January 24, 2012


“Jalə” məktəblilər və tələbələr arasında müsabiqə elan edir
Son Gün : 31 mart 2012-ci il

“Jalə” brendi təbii məhsulların faydası və onların millətin sağlamlığının qorunması ilə bağlı mövzularda ən yaxşı inşa müsabiqəsinin başlandığını elan edir.

Bu müsabiqə Azərbaycan məktəbliləri və tələbələri üçün gündəlik həyatda təbii, ekoloji təmiz qida məhsullarının istifadə edilməsinə, onların əhalinin həyat fəaliyyəti və işləmək qabiliyyətinə təsirinə dair öz ideyalarını ifadə etmək imkanı yaradır. “Jalə” inşa müsabiqəsinin köməyi ilə böyüyən nəslin və gəncliyin təbii, o cümlədən sənaye emalından keçmiş və bununla yanaşı bütün faydalı xüsusiyyətlərini qoruyub saxlayan məhsulların istifadəsinə olan tələbata baxışını müəyyən etməyə çalışır.

İnşaların mövzuları olaraq dörd əsas istiqamət seçilib:

– Təbii məhsulların gündəlik istifadəsi zərurəti və onların bizim ölkəmizdə mövcud olması; 
– Qida məhsulları sektorunda emal üçün sənayenin inkişafı;
– Millətin sağlamlığının qorunub saxlanılması üçün hazır təbii məhsulların istifadəsinə keçmənin vacibliyi;
– Bizim ölkədə istehsal edilən məhsulun dünya bazarında yayılmasının əhəmiyyəti.

Müsabiqədə orta məktəblərin şagirdləri və Azərbaycan universitetlərinin bakalavriat və magistraturasının tələbələri iştirak edə bilərlər.

Azərbaycan, rus və ingilis dillərində yazılmalı və tərkibindəki işarələrin sayı 2000-dən çox olmayan inşalar 31 mart 2012-ci il tarixədək ta@jale.az elektron ünvanda qəbul edilir. Münsiflər heyəti tərəfindən seçiləcək altı ən yaxşı inşanın müəllifləri (3 nəfər orta məktəb şagirdləri arasından, 3 nəfər isə ATM-nin tələbələri arasından) mükafat şəklində birinci, ikinci və üçüncü yerlər üzrə müvafiq olaraq iPhone4, iPad və Samsung Galaxy S planşet kompüteri alacaqdır.

Əlavə məlumatı 977 saylı nömrə ilə əlaqə saxlayaraq əldə etmək olar (bütün operatorların mobil telefonlarından 012 977 ).

qaynaq : lent.az

Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: