h1

MAGİYA, NDI və USAID “Regionlarda yaşayan gənclərin liderlik bacarıqlarının artırılması” Təlim Kursu

January 24, 2012

“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən ABŞ-ın Milli Demokratiya İnstitutunun iştirakı və əməkdaşlığı və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə reallaşdırılan “Regionlarda yaşayan gənclərin liderlik bacarıqlarının artırılması” layihəsi çərçivəsində

Təlim  Kursu
Fevral, Mart, Aprel, May, İyun, 2012-ci il, Lənkəran.

Son Gün : 11 fevral 2012

Layihənin təsviri:

Məlum olduğu kimi, 2011-ci ilin aprel ayında Azərbaycan hökuməti tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı qəbul edilmişdir. Bütün gənclər təşkilatları kimi MAGİYA ictimai birliyi də region gəcləri tərəfindən həmin proqramın maksimum dəstəklənməsində və ondan faydalanmasında fəal iştirak edir.

Odur ki, ölkənin gələcəyi hesab olunan gənclərin liderlik bacarıqlarının artırılması və onların ictimai fəal vətəndaşlar kimi yetişdirilməsi MAGİYA ictimai birliyi tərəfindən “Regionlarda yaşayan gənclərin liderlik bacarıqlarının artırılması” adlı layihənin həyata keçirilməsini zəruri edir. ABŞ-ın Milli Demokratiya İnstitutunun iştirakı və əməkdaşlığı və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə çərçivəsində bölgə üzrə seçilən 18-30 yaş arası 25 nəfər gəncə Lənkəranda iyul ayında 3 günlük yay düşərgəsi də daxil olmaqla, 5 ay ərzində (fevral, mart, aprel, may və iyun) təlim kursları təşkil olunacaqdır.

Təlim kurslarında tam iştirak edən gənclərə Sertifikatlar veriləcəkdir!

 Layihənin məqsədi:

Gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəaliyyətə cəlb olunmalarının və qərarvermə proseslərində fəal iştiraklarının stimullaşdırılması, gənclərin öz hüquqları haqqında biliklərinin artırılması, yaradıcı düşüncə, səmərəli dinləmə, fəal mövqe bildirmə bacarıqlarının üzə çıxarılması və regional dialoq şəbəkəsinin yaradılması kimi nailliyyətlərin əldə edilməsindən ibarətdir.

 Layihənin vəzifələri:

• Gənclərin liderlik bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün müvafiq mövzularda təlim kurslarının keçirilməsi;

• Gəncləri maraqlandıran problemlərin müzakirəsinin təşkil olunması və onların həlli üçün müvafiq təkliflərin ictimai müzakirələrə təqdim olunması;

• Ölkədə gənclər siyasətinin formalaşmasında gənclərin iştirakını artırmaq, regionda yaşayan gənclərin gənclər hərəkatına və təşkilatlarına cəlb olunmasını genişləndirmək və onların liderlik bacarıqlarını inkişaf etdirmək üçün onları ictimai-fəal liderlərlə, o cümlədən, qərar qəbul edənlərlə görüşlərinin təşkil olunması;

• Cənub bölgəsində ictimai-fəal gəncləri bir araya gətirmək və onlar arasında qurulmuş əlaqələrin davamlılığını təmin etmək üçün Gənclərin Regional Liderlik Şəbəkəsinin (sosial qruplar və şəbəkələr) yaradılması;

• Vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi üçün sektorlararası (dövlət, özəl, QHT, Bələdiyyə, İcma və KİV) münasibətlərin möhkəmləndirilməsidə ictimai təbliğat kampaniyalarının aparılması.

 Təlim kursunun metodologiyası:

Təlim kursunda əsas prinsiplərdən biri iştirakçıların təcrübəsinə əsaslanaraq qarşılıqlı öyrənmə və informasiya mübadiləsi olacaq. Bununla yanaşı qeyri-formal və interaktiv təlim üsulları, fəal iştirak, təqdimatlar, qrup işləri, fokus qrup müzakirələri, simulyasiyalar, rol oyunları, iştirakçılarla və mütəxəsislərlə fikir mübadiləsi təlimin əsas metodologiyası olacaqdır. Qeyri-formal təhsil metodologiyasının tətbiqi zamanı qrup işləri əsas götürüləcəkdir. İştirakçılar sərbəst şəkildə qarşılıqlı öyrənmə və təlim prosesinə cəlb olunacaqlar.

Təlim kursunun mündəricatı:

2012-ci ilin Yanvar – Sentyabr aylarını (doqquz ay) əhatə edən layihə çərçivəsində təşkil ediləcək təlim kursunun mövzuları aşağıdakılardan ibarətdir:

 • Vətəndaş fəallığı – ictimai fəaliyyət, vətəndaş cəmiyyəti konsepsiyası;

• İbtidai kompüter bilikləri və internet, yeni media – sosial media;

• Formal, formal olmayan və qeyri-formal təhsil, CV formaları və intervü;

• İnsan hüquq və azadlıqları, insan alveri, erkən nikahlar və ailədaxili zorakılıq;

• Gender bərabərliyi, tolerantlıq və stereotiplər;

• Ünsiyyət (kommunikasiya), ictimai çıxış;

• Volontyorluq institutu – könüllülük işinin təşkili;

• Həyat bacarıqları – liderlik;

• Vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin rolu və yeri;

• Advokasi – ictimai maraqların qorunması, məsələ seçilməsi, ictimai maarifləndirmə və vəkillik kampaniyasının təşkili;

• QHT təsisatı və QHT idarəçiliyi;

• Strateji planlaşdırma, strategiyanın təyini – taktiki mülahizələr;

• Layihələrin – təkliflərin yazılması və idarəçiliyi, fəaliyyət planlarının tərtibatı;

• Gənclərlə bağlı yerli və beynəlxalq layihələr və bu layihələrdə iştirak yolları;

• Büdcə və fandreyzinq məsələləri, donor və qrant anlayışları;

• Hesabatların yazılması, uğur hekayələrinin hazırlanması;

• Dövlət qurumları və KİV-lə əməkdaşlıq əlaqələrinin qurulması.

 İştirakçıların seçim meyarları:

• Azərbaycan dilində sərbəst danışan 18-30 yaş arasında olan gənclər;

• Ali və orta ixtisas müəssisələrinin tələbələri;

• İnternat müəssisələrində təhsil alan ictimai-fəal gənclər;

• Gənclər təşkilatlarının nümayəndələri və könüllüləri ;

• İctimai sektorları (icmaları) təmsil edən gənclər;

• Bələdiyyələri təmsil edən gənclər;

• Özəl qurumlarda çalışan gənclər;

• Dövlət strukturlarında çalışan gənclər;

• Beynəlxalq təşkilatlarda çalışan fəal gənclər;

• KİV-də çalışan gənclər;

• Coğrafi və gender balans.

 Ərizə forması, prosedur və iştirakçıların seçilməsi:

Bütün namizədlər məlumata əlavə olunmuş ərizə formasından istifadə edərək təlimdə iştirak etmək üçün müraciət edə bilərlər. Təşkilatçəlar gender və coğrafi balansı nəzərə almaqla iştirakçıları onların yuxarıda qeyd edilən profillərinə və ərizə formasında əks olunan ərizəçinin motivasiyasına əsaslanaraq seçəcəklər. Seçilmiş namizədlərə 18 fevral 2012-ci il tarixinədək onların qəbul olmaları və gözləmə siyahılarına düşmələri barədə E-mail və ya SMS vasitəsilə məlumat veriləcəkdir! Qəbul olunmuş namizədlər təlimin gündəliyini 3 gün ərzində alacaqlar. Namizədlərin nəzərinə çatdırırıq ki, adı son siyahıya salınan namizədlər təlim kursunda tam müddətdə iştirak etmək üçün hər cür səy göstərməlidirlər. Üzürlü səbəbə görə təlimdə iştirak edə bilməyən namizədlər isə təlimin başlanmasından ən azı 3 gün əvvəl MAGİYA ictimai birliyinə bu barədə məlumat verməlidirlər.

Təlimdə iştirak etmək ücün müraciətin son tarixi:

Təlimdə iştirak etmək istəyən gənclər ərizə formasını doldurub 11 fevral 2012-ci il tarixinədək aşağıdakı ünvana təqdim etməlidirlər: magiya_ngo@yahoo.comBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Təlim kursunun yemək və qalmaq xərcləri:

Təlim zamanı iştirakçıların çay-kofe və yemək xərcləri layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən təmin olunacaqdır. Eləcə də, Lənkəran istisna olmaqla, bölgənin digər rayonlarından olan təlim iştirakçılarının oteldə qalmaq xərcləri ödəniləcəkdir.

Təlim kursunun keçirilməsi və tarixi:

Təlim kursları 5 ayı (fevral, mart, aprel, may, iyun) əhatə edəcək və müvafiq olaraq təlim sessiyaları 3 gün olmaqla 25-27 Fevral, 10-12 Mart, 14-16 Aprel, 19-21 May, 2-4 İyun 2012-ci il tarixlərində Lənkəran şəhərində keçiriləcəkdir.

Təlim kursları bitdikdən sonra iştirakçılar üçün İyul ayında Lənkəran rayonunun səfalı guşələrinin birində 3 günlük pulsuz yay düşərgəsi təşkil olunacaqdır və bütün iştirakçıların yemək və qalmaq xərcləri layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən təmin ediləcəkdir.

 Məlumat və Ərizə forması üçün tıklayın

qaynaq : resurs.az

Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: