h1

University of Waterloo – Kanadanın Ən yüksək Reytinqli Universitetlərindən Vaterloo Universiteti Bakıda təqdmiat keçirəcək

January 28, 2012

University of Waterloo
Kanadanın Ən yüksək Reytinqli Universitetlərindən Waterloo Universiteti Bakıda təqdmiat keçirəcək
6 -8 Fevral 2012

Kanadanın Vaterloo Universitetinin bir qrup professoru və universitetə qəbul üzrə məsul şəxsləri fevralın 6-8-də Azərbaycana səfər edəcəklər. Səfər çərçivəsində Bakının bir neçə orta məktəblərində riyaziyyat fənni üzrə seminarlar təşkil ediləcək, şagirdlərə riyaziyyat və kompüter elmləri sahəsində uğurlu karyera haqqında məlumatlar veriləcək və riyaziyyatın müxtəlif sahələrində mövcud olan maraqlı problemlər və onların həlli barəsində danışılacaq. Digər maraqlanan şagird və tələbələr üçün  eyni seminar fevralın 8-də Bakı Təhsil İnformasiya Mərkəzində təkrar veriləcək. İştirakçılara Vaterloo Universitetinin sertifikatları da veriləcəkdir.

Vaterloo Universitetinin Riyaziyyat və Kompüter Elmləri Fakültəsinə sənəd vermək istəyən abituriyentlər üçün də xüsusi görüşlər təşkil ediləcək. Fevralın 6 və 8-də İngilis dili üzrə TOEFL və ya IELTS imtahan nəticəsi olmayan abituriyentlər üçün bu testləri əvəz edən Vaterloo Universitetinin Riyaziyyat Fakültəsinin İngilis dili testi təqdim ediləcək. Testi müvəffəqiyyətlə keçən və qəbul üçün tələb olunan başqa sənədləri (orta məktəb qiymətləri) təqdim edən abituriyentlərə Kanada Vaterloo Universitetinə qəbul kağızı veriləcəkdir. Daha geniş məlumat almaq üçün iakhundo@uwaterloo.ca e-mail ünvanına müraciət edin.

Hazırda Vaterloo Universitetində Azərbaycandan 17 tələbə Xaricdə Təhsil üzrə Dövlət Proqramı xətti ilə müvəffəqiyyətlə təhsillərini davam etdirirlər.
qaynaq : telebe.az

Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: