h1

Qafqaz Universiteti dünya sıralamasında 64-cü olub

February 9, 2012

Beynəlxalq tələbə indikatoruna görə Qafqaz Universiteti Harvard Universitetini ötüb

QS World University Ranking
sistemi İngiltərənin məşhur “Times” qəzetinin təhsil əlavəsi olaraq hər il beynəlxalq universitetlərin reytinqlərini hesablayan  ən inkişaf etmiş və etibar görən mənbələrdən sayılır. Onun reytinqinin nəticələrindən dünyada 30 milyondan çox istifadəçi faydalanmaqdadır.

Bu günlərdə QS-in rəsmi saytındakı 2011-ci il üzrə olan hesabatda müxtəlif indiqatorlara görə universitetlərin beynəlxalq tələbə nisbətinə görə reytinqi hesablanıb. Şərqi Avropa və  Orta Asiyada fəaliyyət göstərən universitetlərinin akademik reytinqi  hesabatında, Qafqaz Universitetinin adı xüsusilə qeyd olunub.

Hesabatda qeyd olunur ki, Qafqaz Universiteti Beynəlxalq tələbə indikatoruna görə dünyanın 100 ən yaxşı universitetləri arasında 64-cü yerdə qərar tutur. Beynəlxalq tələbə indiqatatoru üniversitetin tələbələrinin ümumi sayi içərisində xarici tələbələrin nisbəti tələbə mübadilələri və bu universitet məzunlarının təhsillərinin magistratura və doktorantura pilləsinin coğrafiyasına görə hesablanır.

Qafqaz universitetində 10-dan artıq ölkəni təmsil edən tələbələrin  təhsil alması və universitet məzunlarının əhəmiyyətli bir hissəsinin dünyanın 50 dən artıq ölkəsində magistratura və doktorantura pilləsində təhsil alması onun bu siyahida dünyanın məşhur və tarixi universitetlərini keçərək Azərbaycanın adını daha da yüksəltməsinə səbəb olub.

Sevindirici haldır ki,Qafqaz Universiteti bu indiqatora görə nəinki Post -Sovet məkanının, eyni zamanda Şərqi Avropa və Yaxın Şərqin ilk universitetidir. Beynəlxalq tələbə indiqatoruna görə Qafqaz Universiteti 90.9 xalla 64. yerlə  ABŞ, İngiltərə, Kanada və bir sıra Avropa ölkələrilə yanaşı, Azərbaycanın adını dünyanın bu siyahıda yer alan 14. ölkəsi olaraq yazdırıb. Cədvələ nəzər yetirirsək 64-cü yerdə qərar tutan universitet bu indiqator üzrə Harvard Universitetini (88)  Kolumbıya və Boston, Ingiltərənin Notingam, Mançester və Lester universitetini arxada qoyub. Bu sıralamada yer alan 100 universiteti  əhatə edən ölkələr coğrafiyasında Şərqi Avropa və Asiya qitəsini sadəcə iki ölkə Sinqapur və Azərbaycan təmsil edib.

Təşəkkürlər Qafqaz Universiteti !

 http://www.topuniversities.com/university-rankings/world-university-rankings/2011/indicator-rankings/international-students?page=1

       http://www.topuniversities.com/world-university-rankings/eastern-europe-and-central-asia-2011-qs-world-university-rankings

qaynaq : modern.az

3 comments

  1. I blog often and I truly thank you for your content.
    This article has really peaked my interest.
    I’m going to bookmark your website and keep checking for new information about once per week. I opted in for your RSS feed too.


  2. I’m not sure where you are getting your info, but great topic. I needs to spend some time learning much more or understanding more. Thanks for magnificent information I was looking for this info for my mission.


  3. For latest information you have to visit internet and on web I found this
    web site as a most excellent website for most recent
    updates.



Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: