h1

Yeni media sahəsində beynəlxalq səfərlər üçün yol qrantı

February 18, 2012

Mərkəzi Praqada yerləşən Trasitions təşkilatı Azərbaycan vətəndaşları üçün yeni media, internet, onlayn jurnalistika, cəmiyyət və rəqəmsal media, İT alətlərinin cəmiyyətdə yayılması, e-kampaniyalar və digər bu sahəyə yaxın tədbirlərdə iştirak etmək üçün kiçik yol qrantları müsabiqəsini elan edir. Qrant almaq istəyən şəxslər Azərbaycandan kənarda keçirilməsi planlaşdırılan tədbirə dəvət olunduqları haqda sənədi, öz CV-lərini və maraq məktubunu (maksimum 200 söz) tol-travel@seznam.cz ünvanına göndərməlidirlər. Maraq məktubunda müraciət edənlər tədbirin əhəmiyyəti və Azərbaycana qayıtdıqdan sonra bilikləri necə istifadə edəcəkləri haqda qısa məlumatlar yazmalıdırlar. Qrantın maksimum məbləği bank köçürməsi xərcləri daxil 500 ABŞ dollarıdır. Beynəlxalq tədbirlər martın 25-nə kimi olduğu təqdirdə müraciətə baxılacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq!

Müraciətləri ingilis, rus və azərbaycan dillərində göndərmək olar.

qaynaq : resurs.az

One comment

  1. Woah! I’m really digging the template/theme of this site. It’s
    simple, yet effective. A lot of times it’s very hard to get that “perfect balance” between user friendliness and visual appearance.

    I must say you have done a very good job with this.
    Also, the blog loads very fast for me on Internet explorer.
    Superb Blog!



Şərh yazmaq Təsir etməkdir :)