h1

26 Fevral 14:00 – Hepimiz Hocalıyız

February 20, 2012

26 Fevral 2012 tarixində İstanbulda bugünə qədərki ən böyük Xocalı mitinqi keçiriləcək !  Mitingə Türkiyədə, xüsusilə İstanbulda yaşayan bütün Azərbaycanlılar səfərbər olublar. Miting Azərbayan və Türkiyə dövlət orqanları tərəfindən dəstəklənir və maddi,mənəvi yardım edilir.

Bu böyük mitingə hazırlıqda ən böyük yük İstanbulda oxuyan Azərbaycanlı tələbələrə düşür. Hazırda güclü şəkildə təbliğat aparılır. Demək olar ki bütün universitetləki tələblər hazırda təşkilatlanıbdı. İstanbuldaki bütün universitetlərdə hər tərəfə afişalar yapıştırılıb, insan qrupları mitingə dəvət edilib. Mitingə digər bölgələrdən yüzlərlə avtobus gələcək. 50,000-ə yaxın türkün 26 Fevral saat 14:00-da Türkiyənin ən populyar və insanların ən çox ziyarət etdiyi Taksim meydanı/ İstiqlal küçəsində Xocalı üçün, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir araya gəlməsi gözlənilir.

Həmçinin yenə yaxın günlərdə, 17-19 Fevral arası Taksimdə Xocalı sərgisi açılıb. Sərgidə bütün günü tələbələr könüllü şəkildə təbliğat işləri aparıb, oraya gələn insanlara Xocalı faciəsində olanlar başa salınıb. Sərgi üç gün ərzind minlərlə insan tərəfində ziyarət olunub.

Mitinqdə on minlərlə insan ”Hepimiz Hocalıyız” şüarları altında yürüş edəcək. Mitingi dünyaya çatdırmaq üçün Aljazeera, Reuters, CNN, BBC kimi dünyanın ən öndə gedən qurumları orada olacaqlar. Türkiyədən ən az 17 kanal çəkiliş aparacaq.

Sə də öz dətəyini əsirgəmə. Sosial şəbəkələrdəktiv ol. Xocalı mitingi haqqında xüsusilə Türkiyə-nin sosial qruplarında aktiv ol. Hər kəsə bu barədə danış. Və onları 26 Fevral 14:00-da mitingə dəvət et !

26 Fevral saat 14:00-da Taksimdə səslənəcək şüarlar :

1. Dünya bunu tanı, unutma Hocalını!
2. Kalbimizde Hocalı, Hepimiz Karabağlı !
3. Hepimiz Hocalılı!
4. Hocalı Soykırımına Sessiz Kalma!
5. Ermeni Yalanına Sessiz Kalma!
6. Bir Daha Soykırım Yaşanmasın!
7. İnsanlar Öldürülmesin!
8. Yaşama Hakkı Kutsaldır!
9. Hocalı Soykırımı Kurbanlarının Haklarını Arıyoruz!
10. Ermeni Yalanına Son!
11. Çocuklar Ölmesin!
12. Bir millet iki devlet, Karabağ’a adalet!
13. Hocalı’ya Adalet!
14. Karabağ bizimdir, bizim olacak!

Ümid edirəm ki, bu miting gözlənilən nəticəni verəcək. Uğurlar Azərbaycana !

hepimizhocalili.com
Facebook – http://www.facebook.com/hepimizhocalili
Twitter @hepimizhocalili
justiceforkhojaly.org
info@hepimizhocalili.com

Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: