h1

FIFA U-17 Azərbaycan Könüllü (AFFA)

February 23, 2012

Bakıda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatında könüllü kimi cəlb olunmaq istəyənlər üçün gözəl bir fürsət yaranıb.  Bu imkandan yararlanaraq yeni bacarıqlar, biliklər, təcrübə, dostlar və beynəlxalq sertifikat qazanmaq imkanı var. Çempionatın təşkil edilməsi üçün təqribən 1000-ə yaxın könüllünün cəlb olunması nəzərdə tutulub. Könüllülər yalnız oyun günləri dəstək üçün yox, həmçinin stadionda və onun ətrafında hərarətli bir dostluq mühiti yaratmaq üçün Yerli Təşkilat Komitəsinə köməklik göstərə bilərlər. Onların məqsədyönlülüyü, yardımsevərliyi və dostcanlılığı dünyanın dörd bir tərəfindən gəlmiş azarkeşlərin yaddaşında müsbət və unudulmaz xatirələr yaradacaqdır.

Könüllülərə hec bir ödəniş olunmayacaq. Yalnız bəzi xərclər qarşılanacaq:

-Könüllü uni-formsı
-Xidmət günü yeməklə təmin olunma
-Xidmət günü ictimai nəqliyyat pulsuz istifadə
-Könüllü sertifikatı
-Könüllü tədbirlərində iştirak

Qeydiyyat

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də könüllü kimi fəaliyyət göstərə bilmək üçün ilkin olaraq qeydiyyat formasını yükləyərək doldurduqdan sonra volunteers2012@affa.az e-mail ünvanında qəbul edilir. Qeydiyyat üçün son tarix 12 may 2012-cil olaraq müəyyən edilmişdir.

Fəaliyyət sahələri

Könüllülər bu turnirin təşkilində iştirak edəcək. Onlar aşağıdakı 13 müxtəlif sahə üzrə işləyəcəklər:

  1. Məsuliyyət sahələri
  2. Akkreditasiya
  3. Yerləşdirmə
  4. Qonaq xidmətlər
  5. Qonaqpərvərlik
  6. IT & Telekommunikasiya
  7. Lojistika
  8. Marketinq
  9. Media və Rabitə
  10. protokol
  11. bilet
  12. daşıma
  13. Turnir və Matç Təşkilatı

Tələblər
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də könüllü kimi fəaliyyət göstərmək üçün aşağıdakı tələblər vardır:

– 1 sentyabr 2012-ci il tarixinə qədər 18 yaşı tamam olmalı
– Azərbaycan dili biliyi
– İngilis dili bacarığı
– Şəxsiyyəti təsdiq edən sənəd
– Minimum olaraq oyun günləri zamanı təyin edilən yerdə olma
– Çempionatda iştirak etmək istəyi və öhdəlikləri anlama

Seçim prosesi
Yerli Təşkilat Komitəsinin könüllülərlə iş üzrə komandası bütün qeydiyyat formalarını yoxlayaraq qiymətləndirəcəkdir. Uyğun namizədlər fərdi müsahibələrə dəvət ediləcək. Müsahibələrin məqsədi namizədi tanıma və müraciət səbəblərini aydınlaşdırma imkanı və mümkün fəaliyyət sahələrini tədqiq etməkdir.

Aplication Froma üçün: http://www.fifa.com/mm/document/tournament/volunteers/01/55/76/93/applicationform.pdf

Əlaqə üçün : volunteers2012@affa.az

qaynaq : telebe.az, konullu.net

Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: