h1

Polşada təcrübə proqramı

February 25, 2012

Polşada təcrübə proqramı
Son Gün : 28 fevral saat 18:00

Azərbaycan Tələbələr Birliyi Polşa Respublikası Tələbə Parlamenti birlikdə tələbə təşkilatlarında təcrübə proqramına start verir.

Təcrübə proqramının ilk mərhələsi olaraq azərbaycanlı tələbələr Polşanın Varşava və Krakov şəhərlərində yerləşən müxtəlif ali təhsil müəssisələrinin tələbə təşkilatlarında təcrübə keçmək imkanı qazanacaqlar.

Təcrübə proqramının məqsədi

Tələbələrin Polşadakı tələbə təşkilatlarının gündəlik fəaliyyətləri, strukturları, müxtəlif layihə və tədbirlərin menecment prosesi ilə yaxından tanış ola bilməsini təmin etmək

Proqramın həyata keçirilmə vaxtı

23 – 30 mart 2012-ci il

Yol və digər xərclər

Təcrübə proqramı zamanı yemək və qalmaq xərcləri Polşa Respublikası Tələbə Parlamenti tərəfindən qarşılanacaqdır. Proqramda iştirak etmək istəyən tələbələr avia bilet və viza xərclərini öz tərəfindən qarşılamalıdır.

İştirak üçün əsas meyarlar

• Tələbə təşkilatlarında müəyyən təcrübəyə malik olmaq

• İngilis dilini bilmək

• Avia bilet və viza xərclərini ödəyə bilmək

• Ərizə formasında göstərdiyi motivasiya

Təcrübə proqramında iştirak etmək istəyənlər 28 fevral saat 18:00-dək ərizə formasını doldurub office.asu@gmail.com elektron ünvanına göndərməlidirlər.

qaynaq : resurs.az

Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: