h1

300 000 insan ‘Hocalı’ya Adalet’ dedi

February 26, 2012

Şəkillər üçün klikləyin

Xocalının işğalından sonrakı 20 il ərzində ən böyük nümayiş bu gün İstanbulun Taksim meydanında gerçəkləşdi. Nümayiş uzun müddət idi ki, hazırlanırdı. Hamı səfərbər olmuşdu. Hamı tək ürək olmuşdu. Tələbələr, millət vəkilləri, ziyalılar əlindən gələni edirdilər. Bəlkə də ilk dəfə idi hər kəs bir məsələ ətrafında bu qədər ciddiyyələoplanmışdı. Mitinqə hazırlıq müddətində yığıncaqlar keçirildi, muxtəlif fikirlər müzakirə edildi. Butun qəzetlərə, televiziyalara, metrolara çağırışlar yerləşdirildi. Bütün universitetlərə, yollara afişalar asıldı. İstanbulda demək olar ki, artıq hər kəsin bu mitinqdən xəbər var idi. Və nəhayət nəticə o oldu ki 296 Fevral 2012, saat 14:00-da İstanbul Xocalının səsi ilə inlədi durdu.

Hamı orada idi. Təxminən 300,000 insan bu izdihamlı mitinqə qoşuldu. Mitinqə Türkiyənin müxtəlif bölgələndən yüzlərlə avtobus gəlmişdi. Türkiyənin muxtəlif təbəqələrindən insanlar gəlmişdi. Ədalətə qiymət verən hər kəs orday idi. Hər kəs Qarabağa, Azərbayacana ədalət üçün orada toplaşmışdı. İzdihamdan addım atmaq olmurdu. Hətta vəziyət o səviyyədə idi ki paylanmaq uçun gətirilən bayraqlar mitin başlanmamışdan 4 saat əvvəl bitdi. Mitinq saat 14:00 – da başlayacaqdı. Artıq saat 10:00-dan hamı toplaşmağa başlamışdı. Saat 11:00-da Taksim meydanı Azərbaycan və Türkiyə bayraqları ilə sarılmışdı. Saatlar irəlilədikcə küçələr doldu, insanlar axışdı. Və nəhayət saat 14:00 – da mitinq başlandı.

Qalatasaray Liseyinin qabağından Taksim meydanına doğrı İnsanlar ‘Hepimiz Hocalılı, Hepimiz Karabağlı’, ‘Dünya bunu tanı, unutma Hocalını’ şüarları altında yürüyüşə başlandı. Mitinq təxminən 2 saat təşkil etdi. Mitinqin səsi bütün İstanbula yayıldı. Trafik dayanmışdı. Yollar dolmuşdu. Artıq yollarda maşınlar yox insanlar var idi. Mitinq başlanğıcında Azərbaycan və qardaş ölkə Türkiyənin himnləri oxundu. Mitinq müddətinncə türk millətnin mahnısı Sarı Gəlin birlikdə oxundu. Çırpınırdın Qara Dəniz mahnısı səsləndi. Çıxışlar edildi. Həmçinin Türkiyənin Daxil İşlər Naziri orada çıxış etdi.

Bayraqlar səmaları işğal etmişdi. Şəhid olan 613 insanın xatirəsine 613 qara rəngli Şar havaya buraxıldı. Azerbaycan sənətçiləri mahnılar oxudu. Xocalını canlı olaraq yaşamış insanlar çıxış etdi. Bütün binaların üstündən şəkillər çəkildi. Vertolyot vasitəsiləizdihamın kadrları alındı. Mitinq sonunda dünyadan Xocalı üçün ədalət istəndi.

300,000 insan Xocalı deyə qışqırdı. Ədalət tələb olundu.
Beləliklə, bu mitinqdən sonra artıq Xocalı məsələsi Azərbaycanın rayon qəzetlərindəki xəbərlər səviyyəsindən çıxmışdır və beynəxlaq səviyyəyə yüksəlmişdir. Bunu biz birlikdə etdik ! Artıq bundan sonra üzərimizdə böyük bir vəzifə var – Xocalını dünyaya qəbul elətdirmek. Olmamışları qəbul edən dünyaya daha 20 il öncə bır Soyqırımı qəbul elətdirmək. Və mən söz verirəm ki biz bunu edəciyik !

Türkiyə medyasında mitinq xəbərləri :

Hocalı katliamı kurbanları Taksim’de anıldı
http://www.cnnturk.com/2012/turkiye/02/26/hocali.katliami.kurbanlari.taksimde.anildi/650637.0/index.html

Hocalı Katliamı anılıyor!
http://www.haberturk.com/dunya/haber/719212-hocali-katliami-aniliyor

Taksim Meydanı ‘Hocalı’ için doldu taştı
http://zaman.com.tr/haber.do?haberno=1251122&title=taksim-meydani-hocali-icin-doldu-tasti

İstiklal Caddesi ‘Hocalı’ için doldu taştı
http://www.samanyoluhaber.com/gundem/Istiklal-Caddesi-Hocali-icin-doldu-tasti/735871/

Taksim meydaninda “Hamımız xocalılıyıq!” şüarı altında izdihamlı nümayiş keçirilib
http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/02/120226_hojaly_taksim_turkey.shtml

Hocalı için dev anma töreni
http://www.posta.com.tr/turkiye/HaberDetay/Hocali_icin_dev_anma_toreni.htm?ArticleID=110770

Hocalı katliamı protesto edildi!
http://www.sabah.com.tr/Gundem/2012/02/26/hocali-katliami-protesto-edildi

Hocalı’da öldürülen siviller unutulmadı
http://www.radikal.com.tr/Radikal.aspx?aType=RadikalDetayV3&ArticleID=1079973&CategoryID=77

Taksim’de dev miting
http://gundem.milliyet.com.tr/taksim-de-dev-miting/gundem/gundemdetay/26.02.2012/1508036/default.htm

Hocalı katliamına dev protesto
http://www.hurriyet.com.tr/gundem/20004588.asp

Taksim’de hocalı katliamı protestosu
http://www.cumhuriyet.com.tr/?hn=318012

‘Çırpınırdın Karadeniz’i onbinler söyledi
http://www.benguturk.com/HD32958_-cirpinirdin-karadeniz-i-onbinler-soyledi.html

 

2 comments

  1. Çox sağol qardaş. Bir Azərbaycanlı tələbə kimi gücünüz çatan bütün işləri layiqincə yerinə yetirdiniz. Sənə və bütün dostlarına və bütün Türkiyədə və Azərbaycan hüdudlarından kənarda təhsil alan sizin kimi vətənpərvər övladlarımıza dərin təşəkkürümü bilidirirəm.



Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: