h1

Hüquq Elminin Aktual Problemləri – III Beynəlxaq Konfrans, Türkiyə

February 28, 2012


HÜQUQ ELMİNİN AKTUAL PROBLEMLƏRİ
3-CÜ BEYNƏLXALQ KONFRANS
4 – 6 MAY 2012 / SAMSUN –TÜRKIYƏ
 
Məqalələrin ən son göndərilmə tarixi: 01 Mart 2012
 
 
BİLDİRİŞ:
“Hüquq Elminin Aktual Problemləri” adlı 3-cü beynəlxalq elmi praktiki konfrans Bakı Dövlət Universiteti, Ondokuz Mayıs Universitetinin və Qafqaz Universitetinin əməkdaşlığı ilə 4-6 May 2012-ci il tarixlərində Türkiyə Respublikasının Samsun şəhərində keçiriləcəkdir.
 
MƏQSƏDİ:
Texnologiyanın təsiri ilə dəyişən və inkişaf edən cəmiyyətin ehtiyaclarına cavab vermək üçün hüquq elmi də dəyişir və inkişaf edir. Bu dəyişmə və inkişaf prosesində qəbul edilən yeni qanunlar yeni problemlər meydana gətirdiyi kimi, əvvəllər tətbiq edilən qanunların isə yeni ehtiyaclara cavab vermədiyi müşahidə olunur. Bütün bunlar həm ümumi, həm də xüsusi hüquq sahəsində yeni-aktual hüquqi problemlərin meydana gəlməsinə səbəb olur.
Konfransın əsas məqsədi, qeyd edilən hüquqi problemlərin həll üçün irəli sürülən elmi təklifləri müzakirə edərək, texnologiya və iş dünyasının inkişafı səbəbi ilə ümumi və xüsusi hüquqda meydana gələn problemlərin həll yollarını təsbit etmək və bu sahədə mövcud olan beynəlxalq praktikanı bölüşməkdir.
 
MÖVZULAR:
1. Ümumi Hüququn Aktual Problemləri:
1.1. Konstitusiya Hüququnun Aktual Problemləri
1.2. Cinayət Hüququnun və Cinayət Prosesinin Aktual Problemləri
1.3. Beynəlxalq Hüququn Aktual Problemləri
1.4. Devlet ve Hüquq Nazariyyesi Problemləri
2. Xüsusi Hüququn Aktual Problemləri:
2.1. Mülki Hüququnun Aktual Problemləri
2.2. Öhdəliklər Hüququnun Aktual Problemləri
2.3. Ticarət Hüququnun Aktual Problemləri
2.4. Mülki Prosessual Hüququn və İcra-İflas Hüququn Aktual Problemləri
2.5. Əmək Hüququ Problemləri
 
TƏQVİM:
Məqalələrin ən son göndərilmə tarixi: 01.03.2012
Qəbul edilən mətnlər barədə məlumatın verilmə tarixi: 01.04.2012
Konfrans tarixi: 4.05.2012 – 6.05.2012
 
MƏQALƏNİN YAZILMA QAYDALARI

Məqalələrdə problemlər əks etdirilməli və onun həll yolları göstərilməlidir.
Məqalədə onun adı, müəllifin (və ya müəlliflərin) adı və soyadı, (varsa) elmi dərəcəsi, vəzifəsi və iş yeri göstərilməlidir.
Məqalə Azərbaycan dilində, Türk dilində və İngilis dilində yazıla bilər.
Məqalənin həcmi 15 (A4), xülasəsi isə, 1 (A4) səhifədən çox olmamalıdır.
Məqalə və xülasə 12 punto ilə Times New Roman və ya Arial formatında yazılmalı, kənarlarından, yuxarıdan və aşağıdan 25 mm boş yer qoyulmalıdır.
Məqaləyə Azərbaycan dilində, Türk dilində və İngilis dilində yazılmış xülasə əlavə edilməlidir.

Məqalə və xülasəsi elektron formatda 01 Mart 2012-ci il tarixinə qədər  samsunhukukkongre@hotmail.com e-mail adresinə göndərilməlidir.

Hər iştirakçı ən çox 1 (bir) məqalə təqdim edə bilər.

Konfransda məruzə ediləcək məqalələr Elmi Şuranın qiymətləndirilməsi ilə müəyyənləşdiriləcəkdir.

Göndərilən məqalələr qəbul edilib edilmədiyindən asılı olmayaraq geriyə qaytarılmayacaq.

KONFRANSIN HƏMSƏDRLƏRİ
Akademik Abel MƏHƏRRƏMOV –  Bakı Dövlət Universiteti Rektoru
Prof.Dr. Hüseyin AKAN – Ondokuz Mayıs Universiteti Rektoru
Prof.Dr. Ahmet SANİÇ – Qafqaz Universiteti Rektoru
 
ƏLAQƏ
Dos. Dr. Erdal ABDULHAKIMOĞULLARI Konfransın Məsul Katibi
Samsun Ondokuz Mayıs Üniversiteti Ali Fuad Başgil Hüquq Fakültəsi dekan müavini
Dos.Dr. Sərvər SÜLEYMANLI – Konfransın Məsul Katibi
Bakı Dövlət Universiteti Hüquq Fakültəsi dekan müavini
Dos. Dr. Mübariz YOLÇİYEV – Konfransın Məsul Katibi
Qafqaz Üniversiteti İqtisadiyyatın Hüquqi Tənzimlənməsi bölmə müdiri
Not: Konfransa gediş-gəliş xərcləri ilə, qonaq evi xərcləri iştirakçı tərəfindən ödəniləcəkdir.

Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: