h1

“Qarabağı ABŞ-da Tanıt” Ən Yaxşı Layihə İdeyası Müsabiqəsi

March 1, 2012

 

Resurs.Az ictimai veb portalı ABŞ-ın Qarabağ Fondu ilə əməkdaşlıq çərçivəsində “Qarabağı ABŞ-da Tanıt” adlı ən yaxşı layihə ideyası üzrə müsabiqə elan edir. Müsabiqənin məqsədi ABŞ-ın Qarabağ Fonduna Azərbaycan və onun Qarabağ bölgəsinin ABŞ-da təbliği üçün ən yaxşı fəaliyyət ideyası verməkdir.

Son Gün: 31 mart 2012

Müsabiqədə qalib gəlmək üçün təqdim olunan layihə ideyaları aşağıdakı tələblərə cavab verməldir:

  • Layihə ideyası aydın şəkildə yazılmalı, mənalı olmalı və təklif olunan layihə fəaliyyəti Azərbaycan və onun Qarabağ bölgəsini haqqında məlumatı ABŞ cəmiyyətinə çatdırmaq üçün ən yaxşı vasitələri özündə əks etdirməlidir
  •  ABŞ-ın Qarabağ Fondu tərəfindən seçilmiş layihə ideyasının icra olunması nəticəsində ABŞ-ın geniş ictimai dairə və insanları Azərbaycan və onun Qarabağ bölgəsinin mədəniyyəti, musiqisi və mədəni irsi haqqında ətraflı məlumat almalıdır
  • İnnovativ layihə ideyalarına üstünlük veriləcək. Layihə ideyası yaradıcı və innovativ fəaliyyətlərdən istifadə etmək ilə Azərbaycan mədəniyyətini və onun Qarabağ bölgəsinin ABŞ-da tanınmasına yardım etməlidir
  • Layihə ideyası sərbəst formatda yazılmalı, yarım səhifədən çox olmamalı və ideyanı təqdim edən şəxsin adı/soyadı və əlaqə məlumatı göstərilməlidir

Qalib üçün Mükafat

Layihə ideyası qalib gələn şəxs 300 manat pul ilə mükafatlandırılacaq və onun haqqında məlumat və ideyası Resurs.Az saytında yerləşdiriləcək.

İdeyaların təqdim olunması

Layihə ideyalarının təqdimatı üçün son tarix 31 mart 2012-ci ildir. İdeyaların seçimi Qarabağ Fondunun MDB və Avropa ölkələri üzrə nümayəndəliyi, Xəzər Universiteti və Qarabağ Fondunun ABŞ-dakı baş ofisi tərəfindən birgə aparılacaq və ən yaxşı ideya müsabiqənin qalibi olacaq. Layihə ideyanızıbaku_office@karabakhfoundation.org elektron poçt ünvanına göndərə bilərsiniz. Elektron məktubun mövzu hissəsinə (subject) “layihə ideyası” adını qeyd edin.

Ətraflı məlumat üçün Qarabağ Fondunun MDB və Avropa ölkələri üzrə nümayəndəliyi ilə əlaqə saxlaya bilərsiniz. E-mail:baku_office@karabakhfoundation.org Qarabağ Fondu və onun layihələri haqqında ətraflı məlumat fondun saytına daxil olaraq ala bilərsiniz. http://www.karabakhfoundation.org/

Qarabağ Fondunun fəaliyyətini və maraqlı tədbirlərini Facebook ilə izləyin: http://www.facebook.com/KarabakhFoundation

 Qarabağ Fondu ABŞ-da yaradılmış və mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri hökumət təşkilatıdır. Bu təşkilat ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu ABŞ-da müxtəlif sərgi, ictimai proqram, forum və mübadilə proqramlarının həyata keçirir.

3 comments

  1. salam.bes cavablar ne vaxt aciqlanacaq? ve bir nefer nece layihe gondere biler/ twk


    • Cavabların açıqlanmağ və Layihələrin sayı barədə məlumat verilmiyib. Ona görə sizə tam cavabı verə bilməyəcəm. Siz baku_office@karabakhfoundation.org e-mail ünvanına sualınızı yazın göndərin. Onlar 1 gün ərzində sizə cavab verəcəklər hər halda.


  2. OLDU . TESEKKURLER.



Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: