h1

Ali məktəblərdə Bəxtiyar Vahabzadə təqaüdü kimlərə verilir?

March 2, 2012

Ali məktəblərdə Bəxtiyar Vahabzadə təqaüdü kimlərə verilir?

Azərbaycanın bəzi ali məktəblərində təhsil alan bir qrup tələbəyə “Bəxtiyar Vahabzadə adına” təqaüd verilir. Bu təqaüd əsasən xalq şairinin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezidentin sərəncamını təmin etmək məqsədilə dövlət ali təhsil müəssisələrində filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün təsis edilib.
Həmin qərarın icrasını təmin etmək məqsədilə təhsil naziri Misir Mərdanov da 27 dekabr 2009-cu il tarixində əmr imzalayıb.

Bu barədə Modern.az saytına açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə məlumat verib. O qeyd edib ki, nazirin sözügedən əmrində ölkənin 4 ali məktəbinin filologiya fakültəsində təhsil alan tələbələrə təqaüd verilməsi göstərilib.

“Bunlar Bakı Dövlət Universiteti, Azərbaycan Pedoqoji Universiteti, Naxçıvan Dövlət Universiteti və Gəncə Dövlət Universitetidir. Bu universitetlərin filologiya fakültəsində təhsil alan və ali məktəb rəhbərliyinin seçdiyi tələbələrə “Bəxtiyar Vahabzadə adına” təqaüd verilir”.

B.Hüseynzadənin sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, bu dörd universitetin hər birindən yalnız 1 tələbəyə “Bəxtiyar Vahabzadə adına” təqaüd verilir və nazirin əmri ilə bu işin icra olunması həmin ali məktəblərin rəhbərlərinə tapşırılıb. Nazirlik rəsmisi təaqüdün hər il verildiyini qeyd edib.

“Təqaüdün məbləği əvvəllər 100 manat idi, 27 dekabr 2011-ci ildən sonra isə 110 manat olub”.

Modern.az saytının məlumatına görə, tədris ilinin hər bir semestri üçün tələbələrə “Bəxtiyar Vahabzadə adına” təqaüdün verilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında  Təhsil Nazirliyi tərəfindən qəbul edilir.

Təqaüdün verilməsi dövlət büdcəsində müvafiq ali təhsil müəssisəsi üzrə nəzərdə tutulmuş təhsil xərcləri hesabına həyata keçirilir.

qaynaq : telebe.az

Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: