h1

AEGEE-Bakı – “Forex bazarı” silsilə təlimləri

March 5, 2012

AEGEE-Bakı – “Forex bazarı” silsilə təlimləri

AEGEE-Bakı Qarant Invest broker şirkəti bu yaxınlarda imzalanmış memoranduma uyğun olaraq birgə layihəni təqdim edir – “Forex bazarı” silsilə təlimləri

Forex bazarı beynəlxalq banklararası valyuta bazarıdır. Bu bazar fiziki şəxslərə öz vəsaitləri ilə ticarət əməliyyatları həyata keçirməklə pul qazanmaq imkanı verir. Bu cari təlimin iştirakçıları Forex bazarı barəsində geniş məlumatlar əldə edəcək və bununla yanaşı iştirakçılara Qarant Invest şirkətinin elektron onlayn platforması (Qarant FX) nümayiş olunacaqdır. Məhz bu platformanın vasitəsilə fiziki şəxslər beynəlxalq banklararası valyuta sisteminə çıxış əldə edəcəklər.

Təlim mövzuları:

• Forex bazarı – əsas anlayışlar
• Bazarın iştirakçıları kimlərdir
• Forex bazarının alətləri
• Marjinal ticarət nədir
• Qarant FX platforması
• Əməliyyatların növləri
• Gəlirin/ziyanın hesablanması
• Hesabatlar
• Forex bazarında pul qazanmağın üsulları

Qarant Invest şirkəti 2011-ci ildə təsis olunmuşdur. Şirkət ZQAN holding şirkətlər qrupuna daxildir. Şirkət Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən 5 il müddətinə broker lisenziyasını əldə etmişdir. 2011-ci ilin dekabr ayında şirkət İsveçrə bankı Dukascopy ilə beynəlxalq müqavilə imzalamışdır və həmin müqavilə çərçivəsində şirkətə Qarant FX brendli İsveçrə keyfiyyətli elektron platforma təqdim olunmuşdur. Hal-hazırda şirkət fiziki şəxslərə Forex bazarına çıxış imkanlarını təklif edir və bundan əlavə olaraq şirkətin təqribən 40-a yaxın fond birjalarına çıxışı var.

Təlimçi: Fərid Səttarov , “Qarant Invest” şirkətinin direktoru

Təlimin müddəti: 60 dəqiqə

Təlimin keçirildiyi vaxt: hər birinci və dördüncü günlər saat 16.00-da

Təlimin dili: Azərbaycan dili

Təlimin yeri: Qarant İnvest şirkətinin ofisi

Təlim ödənişsizdir

Təlimdə iştirak etmək üçün siz adınızı, soyadınızı, telefon nömrənizi togrulveli@gmail.com mailinə göndərməlisiniz.

Yerlər məhduddur!

Yalnız təlimə seçilmiş iştirakçılarla əlaqə saxlanılacaq.

Ünvan : Sarabski küçəsi, 657-ci məhəllə, 8-ci mərtəbə (ZQAN Xoldinqin binası, ABŞ səfirliyinə yaxın)

orijinal sayta get

Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: