h1

FACE Amsterdam Forumu ( 8-11 iyun 2012)

March 6, 2012

FACE Amsterdam Forumu ( 8-11 iyun 2012)

FACE(Azərbaycanlı Vətəndaşların Avropa Forumu) İdarə Heyəti, Baş Katibi və təşkilat komitəsi sayca 4-cü forum olan Amsterdam Forumuna sizi dəvət etməkdən məmnunluq duyur. FACE-nin Strasburq, İstanbul və Berlin forumlarından sonra növbəti ünvan Amsterdamdır.

Bundan öncəki forumlarda olduğu kimi yenə də ölkəmiz və cəmiyyətimizi yaxından maraqlandıran maraqlı və fərqli mövzular ətrafında müxtəlif tanınmış qonaqları dinləmək, fikirlərinizi bölüşmək imkanınız olacaq.

Forum 9 və 10 iyun tarixlərində baş tutacaq. Bu səbəbdən qonaqlar 8 iyunda qarşılanacaqlar.

FORUMUN MÖVZULARI
1) Avropa Birliyi-Azərbaycan münasibətləri və Şərq Tərəfdaşlığı Proqramının perspektivləri
2) Qeyri-demokratik ölkələrdə internet mediası və azadlıqlar barədə
3) ” Dünyanı tanrı, Hollandiyanı Hollandlar yaratdı” – Rifah dövlətinin unikallığı barədə
4) Qarabağ problemi və regionda konfliktin həlli yolları

Forum gənc musiqiçi Azər Cırtdanın möhtəşəm konserti ilə başa çatacaqdır.

İştirak üçün nə etməli?

1) face2012amsterdam@gmail.com ünvanına CV-nizi, şəxsiyyət vəsiqənizin kopyasını və istərsəniz iştirak üçün qısa motivasiya yazmağınız,

2) Müraciətinizin qəbul olunduğu təqdirdə sizə göndəriləcək hesaba iştirak haqqı olaraq 50 euro göndərməniz( qeyd- Azərbaycanda yaşayan iştirakçılar iştirak haqqını FACE İdarə Heyətinin Azərbaycan təmsilçisinə ödəyəcəklər) xahiş olunur

3) İştirak haqqı verilən vaxt ərzində ödəndiyi təqdirdə forumda iştirak barədə müvafiq səfirliyə təqdim etmək üçün rəsmi dəvətnamə göndəriləcək.

Suallar və qeydləriniz üçün face2012amsterdam@gmail.com e-mail ünvanına müraciət etməyiniz xahiş olunur.

QEYD – Müraciətlərin son qəbul tarixi :
Azərbaycandan gələnlər- 24 mart
Avropa Birliyi ölkələrindən gələnlər- 31 mart

FACE-nin web səhifəsi aşağıdakı kimidir:
http://www.face-europe.info/

facebook event page

Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: