
Qeyri Hüquqşünas Tələbələr üçün Təlim
March 9, 2012ABA CEELİ, İnc və CHPM-dan Qeyri Hüquqşünas Tələbələr üçün Təlim
Amerika Hüquqşünaslar Assosiasiyasının (ABACEELİ, İnc) USAID tərəfindən maliyyələşdirilən Canlı Hüquq proqramı, Canlı Hüquq Proqramının Məzunları İctimai Birliyi ilə əməkdaşlıq edərək qeyri hüquqşünas tələbələrə hüquqi təlimlər təklif edir. Təlimlərdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlər üzrə gənclər üçün əsas olan anlayışlar, prosedur qaydaları interaktiv metodlar əsasında tədris ediləcək.
Təlimlər Aprel ayının ilk bazar günlərindən birində tam gün (səhər saat 10:00-dan 18:00-a qədər) edəcək.
Təlimdə iştirak ödənişsizdir.
Təlimdə iştirakçılar çay və nahar fasiləsi ilə təmin ediləcəklər
Təlimdə tam və uğurlu iştirak edənlər sertifikatla mükafatlandırılacaqlar.
Təlimdə iştirak etmək istəyənlər əlavə olunmuş ərizə formasını doldurub gunel.jafarova@aba-az.orgünvanına göndərə və ya ABA ofisinə təqdim edə bilərlər.
Müraciət üçün son tarix: 25.03.2012-ci il-dir
Müraciətçilər arasında seçim aparılacaq.
Müraciətçilərdən yalnız seçilənlər 30 Mart tarixinə qədər email və ya telefon vasitəsilə məlumatlandırılacaqlar.
Əlaqələndirici şəxs Canlı Hüquq proqramının koordinatoru Günel Cəfərova
Ünvan: Bəşir Səfəroğlu küçəsi 133, SAT Plaza, 4-cü mərtəbə
Telefon: (994 12) 447- 38-18
(994 12) 497- 87-69
Faks: (994 12) 497- 87-96
qaynaq : resurs.az
Şərh yazmaq Təsir etməkdir :)