h1

“İRƏLİ” İctimai Birliyi “Yeni Media Akademiya” layihəsinin başlanmasını elan edir

March 12, 2012

“İRƏLİ” İctimai Birliyi “Yeni Media Akademiya” layihəsinin başlanmasını elan edir

Müasir cəmiyyətdə informasiya axını çox sürətlə inkişaf edir. Artıq informasiya mübadiləsi həyatın hər bir sahəsinə nüfuz etməkdədir. İnformasiya mübadiləsi cəmiyyətin bütün fərdləri arasında əsas əlaqə vasitəsinə çevrilmişdir. Bu gün həyatı televiziya, radio, internetsiz təsəvvür etmək çox çətindir. Daha geniş istifadəçi kütləsini əhatə edən bu informasiya daşıyıcıları məlumatın ünvana çatdırılmasına xidmət etməklə yanaşı, həmçinin işıqlandırılan sahələrin miqyas və maraq dairəsinin də professional şəkildə genişləndirilməsinə çalışır. “İRƏLİ” İctimai Birliyi bu sahədə iki böyükmiqyaslı “Media Akademiya 1” və “Media Akademiya 2” layihələrini həyata keçirib. İnformasiya texnologiyalarının müasir zamanda yüksək templə inkişafını, dolayısı ilə internet jurnalistikanın (internet radio, TV, bloq və s.) və gənclərin bu sahəyə yüksək marağını nəzərə alaraq “İRƏLİ” İctimai Birliyi “Yeni Media Akademiya” layihəsinin başlanmasını elan edir.

Layihə çərçivəsində xəbərlər – onun əsasları, növləri, məlumat yığımı və yazılması, köşə yazıları yazmaq bacarığı, ölkədə və dünyada baş verən hadisələri təhlil etmə, tədqiqat, araşdırmanı necə aparmalı, müsahibənin aparılması və internet jurnalistika haqda bütün informasiyaya yiyələnəcəklər. Eyni zamanda “İRƏLİ” tərkibində fəaliyyət göstərən internet radiosu olan “İRadio”da, “İRƏLİ Prodakşn”da arzusunda olduqları layihələri gerçəkləşdirmək, video çarxlar, təqdimatlar hazırlamaq, ölkənin öndə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında təcrübə keçmək, jurnalistikanın bütün sirrlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edəcəklər.

6 ay davam edəcək layihənin məqsədi medianın perspektivli sahələrində yüksək dünyagörüşlü, savadlı gəncləri üzə çıxarmaq, onların bu istiqamətdə fəaliyyətini düzgün yönləndirib, operativ və effektiv şəkildə məlumatları çatdırma qabiliyyətli, professional gənc jurnalistlər yetişdirib, bu sahədə təcrübə qazanma şansı verərək milli mətbuat məkanında fəaliyyət göstərmələrini təmin etməkdir.

Layihəyə jurnalistika fakültəsi tələbələri və professional jurnalistika ilə məşğul olmaq istəyən gənclər qoşula bilər.

Beləliklə, gələcəyini mediada görən və bu sahədə karyera qurmaq istəyən, ölkənin qabaqcıl media strukturunda professional jurnalist olmağa qərar verən gənclərdən layihəyə qoşulmaq üçün aşağıdakı qeydiyyat formasını doldurmaları xahiş olunur.

Ərizələrin qəbulu üçün son tarix: 23.03.2012

Ərizə Forması

Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: