h1

AƏF Jurnalistlər üçün “Ən Maraqlı Yazı” Müsabiqəsini Elan Edir

March 13, 2012

Avrasiya Əməkdaşlıq Fondu (AƏF), İsveç Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyilə həyata keçirdiyi Avropa Proqramı çərçivəsində Avropaya inteqrasiya mövzusunda ən yaradıcı və maraqlı məqalə üçün müsabiqə elan edir. AƏF, yaradıcı ideyalarını üzə çıxarmaq istəyən və Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrindən olan jurnalistləri müsabiqədə iştirak etməyə dəvət edir.

AƏF-in Avropa Proqramının əsas istiqamətlərindən biri olaraq, bu müsabiqənin məqsədi, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı məsələlərdə ictimai məlumatlılığı artırmaq, Avropa standartlarının və dəyərlərinin düzgün başa düşülməsini təşviq etmək və Avropaya inteqrasiya prosesində vətəndaş cəmiyyətinin mövqeyinin əks olunmasına imkan yaratmaqdan ibarətdir.

Əgər siz də bu məqsədə öz töhfənizi vermək, eyni zamanda daha yenilikçi və maraqlı fikirlərinizi ortaya çıxarmaq istəyirsinizsə, aşağıdakı kateqoriyalardan birini seçib yaza bilərsiniz:

1) Avropaya inteqrasiya ilə bağlı məsələlərdə ictimaiyyəti məlumatlandırmaqda medianın rolu;

2) Avropa Birliyi- Azərbaycan münasibətlərinin Azərbaycanda bazar iqtisadiyyatına təsiri;

3) Şərq Tərəfdaşlığı Təşəbbüsünün vətəndaş cəmiyyətinin inkişafına və davamlı fəaliyyətinə təsiri;

4) Avropaya inteqrasiya prosesində Demokratiya / İqtisadi inteqrasiya / Enerji təhlükəsizliyi / İnsanlar arasında əlaqələr və viza məsələlərinin həlli.

Hər bir yazı məzmununa və yaradıcılığına görə qiymətləndiriləcək. Qiymətləndirmədə nəzərə alınacaq əsas kriteriyalar aşağıdakı kimidir:

1) yazının üslubu;

2) faktiki məlumatlardan istifadə;

3) ekspert rəylərindən istifadə;

4) məsələ ilə bağlı analitik olaraq mövcud vəziyyətin təhlili;

5) məsələ ilə bağlı mövcud problemlərin həllinə yönəlik fikirlərin verilməsi.

Son mərhələdə mütəxəssislərdən ibarət heyət ən yaxşı üç yazını seçəcək və bu qaliblər dəyərli hədiyyələrlə təltif olunacaq. Qiymətləndirmənin obyektivliyini təmin etmək üçün yazılar kodlaşdırılacaq və yalnız qiymətləndirmə bitdikdən sonra adlar açıqlanacaq.

Birinci yerin qalibi Apple ipad qazanacaq.

İkinci yerin qalibi Netbook əldə edəcək.

Üçüncü yerin qalibi isə Digital Camera ilə mükafatlandırılacaq.

Təkliflərinizi 20 mart 2012-ci il, saat 18:00-a qədər zismayilova@epfound.az ünvanına göndərə bilərsiniz. Göndərəcəyiniz elektron məktubda adınızı, işinizi və əlaqə məlumatlarınızı qeyd etməyi unutmayın.

Qeyd: Bir jurnalist müsabiqəyə həcmi minimum 1000 söz olmaq şərtilə yalnız bir yazı təqdim edə bilər. Yazılar yalnız Azərbaycan dilində ola bilər. Qaliblər elan olunana qədər yazılar heç bir qəzet, jurnal və ya onlayn agentliklərin səhifəsində nəşr oluna bilməz.

qaynaq : resurs.az

Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: