h1

ASAIF “Mən Gənc Səfirəm” Macarıstan, Budapeşt forumu

March 13, 2012

Xaricdə təhsil alan azərbaycanlıların forumu keçiriləcək :
ASAIF “Mən Gənc Səfirəm” Macarıstan, Budapeşt forumu, 5-8 aprel 2012

Son Gün : 21 mart 2012

Macarıstan daxilində yaşayış, qida və forum xərcləri təşkilatçılar tərəfindən tam qarşılanılır. Forumda iştirak haqqı yoxdur. Foruma gəliş yol xərcləri ödənilmir.

“Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu” (ASAIF)  5-8 aprel (5 aprel gəliş, 8 aprel gediş tarixləri olmaqla) 2012-ci il tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək növbəti foruma ərizə qəbulu elan edir.

Forumun keçirilməsində əsas məqsəd dünyanın bir çox nüfuzlu ali məktəblərində təhsil alan gənclərin milli-mənəvi dəyərlərimiz ətrafında birləşərək respublikamızın xaricdə təbliğinin səmərəli təşkilində şəbəkələşmə prosesini gücləndirmək, informasiya mübadiləsində, təbliğat işinin interaktiv həyata keçirilməsində gənclərimizə dəstək olmaq, onların problemləri ilə maraqlanmaq və onların operativ həll olunması üçün uyğun şərait yaratmaq, dövlət rəsmiləri ilə gənclərimizi bir araya gətirərək onlar arasında dialoqu təmin etmək, illərlə qazanılmış təcrübələrin bölüşdürülməsi üçün ortaq platforma qurmaq, eyni zamanda Macarıstan-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində gənclərin fəallığını artırmaqdır.

6 apreldə Budapeştdə  Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə gənclərin səmimi dialoqu ilə başlanılması planlaşdırılan forum, Macarıstan parlamentindəki açılış mərasimi ilə öz işini davam etdirəcəkdir. Açılışda Gənclər və İdman Naziri Azad Rəhimov, Prezident Adminstrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin müdiri Elnur Aslanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, millət vəkili Ceyhun Osmanlı və bir çox digər millət vəkilləri, Macarıstan rəsmiləri və parlamentarilərinin, həmçinin bir çox media strukturlarının rəhbər heyətləri, biznes struktur rəhbərləri, ictimai xadimlər və müxtəlif sahələrdən olan qonaqların iştirakı nəzərdə tutulmuşdur. Axşam ziyafətindən sonra təşkil olunacaq Azərbaycan mədəniyyət gecəsində ölkəmizin mədəniyyət inciləri, musiqisi və incəsənət nümunələri nümayiş etdiriləcəkdir.

Forumun 2-ci günündə (7 aprel) gənclər öz fikirlərini,  qarşılaşdığı problemləri, təklif və ideyalarını Azərbaycanın dövlət rəsmiləriylə bölüşəcəklər. Eyni zamanda, ASAIF-in xarici ölkələr üzrə nümayəndələrinin məruzələri və 4 fərqli mövzunu əhatə edən işçi qruplar üzrə müzakirələrin keçirilməsi nəzərdə tutulur. 2-ci günün sonunda təntənəli bağlanış mərasimi ilə forumun işinə yekun vurulacaqdır. Bağlanış mərasimində iştirakçılara müxtəlif sertifikatlar, hədiyyələr və bir çox fərqli mükafatlar verilməsi nəzərdə tutulmuşdur. Foruma müraciət ərizələrinin son tarixi 21 mart 2012-ci il tarixinədəkdir. Foruma müraciət ərizəsini əlavədən əldə edə bilərsiniz. Əlavə məlumat üçün www.asaif.org səhifəsinə daxil olmağınız və ya 050 6464964 nömrəsi ilə ASAIF katibliyi ilə əlaqə saxlamağınız kifayətdir.

Forumda iştirak üçün zəruri şərt: Hal-hazırda Avropa ölkələrinin ali təhsil ocaqlarından birində təhsil almaq.

Forumun keçirilmə tarixi: 5-8 aprel 2012

Forumun şüarı: “Mən Gənc Səfirəm” – “I am a young ambassador”

Zəruri sənədlər: Müraciət formunu doldurub asaifhungaryforum@gmail.com elektron ünvanına göndərin.

Son müraciət tarixi: 21 mart 2012.

Əlaqə: www.asaif.org.

Xərclər: Macarıstan daxilində yaşayış, qida və forum xərcləri təşkilatçılar tərəfindən tam qarşılanılır. Forumda iştirak haqqı yoxdur. Foruma gəliş yol xərcləri ödənilmir.

Keçid et : http://asaif.org/site/?page_id=1945

Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: