h1

ASR Konsaltinq və Araşdırma Qrupu – 1 günlük təlim

March 13, 2012

“İşçilərin tədarükü, seçimi və yerləşdirməsi və işə qəbulun effektiv və səmərəli aparılması” mövzusunda 1 günlük təlim

Sizləri ASR Konsaltinq və Araşdırma Qrupunun Kadr hazırlığı və təlimlər mərkəzinin “İnsan resursları və şəxsi inkişaf akademiyası” tərəfindən 17 Mart tarixində təşkil etdiyi “İşçilərin tədarükü, seçimi və yerləşdirməsi və işə qəbulun effektiv və səmərəli aparılması” mövzusunda keçiriləcək 1 günlük təlimdə iştirak etməyə dəvət edirik.

Təlimin tərkibi:

• İşə qəbulu prosesi və struktur bölmələrlə əlaqə

• İşçinin müəssisəyə cəlb olunması qayda və üsulları

• Vakansiyanın təyinində edilən başlıca səhvlər və səbəbləri

• İşçi seçimində ardıcıllıq, aparılması modeli və qanunvericilikdə yer alan tələblər

• Yeni işçinin işə qəbulu zamanı struktur bölmənin digərləri ilə əlaqəsi və effektiv işləmə üsulu

• Daxili və xarici qaynaqdan işə qəbul, üstün və çatışmayan tərəfləri

• Seçim mərhələsində test və intervyuların effektiv keçirilməsi və zərurəti

• İşçi seçimi üsullarında bəzi Azərbaycan şirkətlərinin yaşadıqları və müəssisənin inkişafını ləngidən amillər, mövcud problemlər və həlli yolları

• Orentasiya, növləri və onun aparılması üsulları

• Yeni işçinin işə qəbulu prosesi, müqavilənin bağlanması, sınaq müddəti və mövcud qanunvericilikdə buna dair tələblər

Təlimin məqsədi:                                                                                             

İştirakçılara İnsan resurslarının idarə edilməsinin ən zəruri funksiyalarından biri olan işə qəbul prosesinin həm effektiv həm də səmərəli təşkil edilməsi üçün ardıcıl fəaliyyətlərdə yer alan, vakansiyanın müəssisənin fəaliyyət istiqamətindən asılı olaraq hansı tələblər və necə təyin olunmalı olduğu, şirkətin inkişafında HR-ın bu struktur vahidinin oynadığı rolu, seçim prosesinin düzgün təyin olunması və keçirilməsi, istifadə olunan metodlar, güclü və uyğun kadrların müəssisəyə cəlb olunması üçün bu şöbənin etməli olduğu işlər, qanunvericliyin tələbləri üzrə seçim mərhələsinin və seçimdən sonrakı fəaliyyətlərin necə təşkil edilməli olduğu barədə müəssisələrdə necə tətbiq olunmaları və işə qəbul işinə dair nəzəri və praktiki biliklər verməkdir.

Gözlənilən nəticələr:                                                                                        

İştirakçılar işə qəbul prosesinin effektiv və səmərəli hazırlanması və icrası üçün bu şöbənin hansı şöbələrlə daha sıx işləməli olduğu, işlərin necə düzgün icra olunmalı olduğu ilə yanaşı işçi tədarükü, seçimi və yerləşdirilməsində nəzərə almalı olduğu həm müəssisə həm də hüquqi bazanı haqqında zəruri biliklər, bir sıra Azərbaycan müəssisələrində qarşılaşılan problemlərin həlli üsulları barədə yolları öyrənəcək, effektiv intervyunun keçirilməsi üçün zəruri üsulları anlayacaq, müəssilərimizin birində yer alan işə qəbul prosesinin ardıcıllığını necə təyin olduğunu öyrənməklə, bir bütöv işə qəbul prosesinin necə işlənməli olduğunu öyrənəcəkdir.

Gözləntiləriniz:                                                                                                 

Təlim barədə məmnunluğunuzu təmin etməmiz üçün təlim mövzusu üzrə gözləntilərinizi (sual və ya təkliflərinizi) qeydiyyatdan keçərkən qeyd edə bilərsiniz.

Təlimin keçirilməsi:                                                                                           

Təlim nəzəri və əsasən də praktiki ağırlıqda keçirilməklə yanaşı iştirakçılara işə qəbulda istifadə olunan bir sıra praktiki sənədlər paylanılacaqdır..

Təlim ödənişlidir !                                                                                           

Təlim iştirakçılarına şirkətimizin 2 dildə sertifikatı təqdim ediləcək.

İştirakçılar:                                                                                                      

Şirkət nümayəndələri və digər maraqlı şəxslər üçün ödəniş 20 AZN-dir.

Ödənişə slayd materialların hand out-u (çıxış sənədi) və əlavə təlimdə istifadə ediləcək praktiki sənədlər təqdim ediləcəkdir)

Təlimin keçiriləcəyi tarix:                                                                                  

14 May Saat 14:00 Fasilə: Çay-kofe (su) və şirniyyat fasiləsi

Təlimin müddəti:                                                                                              

2 saat 30 dəq – 3 saat

Təlimin dili:                                                                                                      

Təlim Azərbaycan dilində keçirilsə də terminlər bir neçə dildə qeyd ediləcəkdir.

Təlim interaktiv üsulla keçiriləcəkdir.

Təlimçi:                                                                                                           

ASR qrupun Kadr hazırlığı və təlimlər departamentinin rəhbəri və müxtəlif şirkətlərin HR menecerlərinə təlim demiş mütəxəssisi Orxan İsayev tərəfindən aparılacaqdır.

Qeydiyyat !!!

Təlimə qeydiyyatdan keçmək üçün aşağıda göstərilən nömrələrə zəng edib qeydiyyatdan keçməniz tələb olunur.

Təlimin keçirilmə yeri:                                                                                     

ASR Konsaltinq və Araşdırma Qrupu

Rəşid Behbudov küç, 25. 1-ci mərtəbə

Əlaqə vasitələri: (012) 595 13 37

Mob: (055) 205 08 18 (Elmir Səlimov, Təlimlər üzrə kordinator)

E-mail: trainings@asrgroup.az

Elektron ünvan: http://www.asrgroup.az ; http://www.asrkadr.az

HR-Şəxsi inkişaf Akademiyasının facebook səhifəsi:

http://www.facebook.com/pages/HR-%C5%9E%C9%99xsi-%C4%B0nki%C5%9Faf-Akademiyas%C4%B1/281193911951687

qaynaq: resurs.az

Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: