h1

Xaricdə oxumaq istəyən azərbaycanlıları nə gözləyir?

March 14, 2012

Çox vaxt xaricdə təhsil almaq istəyən gənclər müəyyən problemlərlə qarşılaşırlar. Ümumiyyətlə xoşagəlməz anlarla rastlaşmamaq üçün isə xaricdə oxumağa yollanmazdan əvvəl bütün qaydaları bilmək lazımdır.

Xaricdə oxumaq istəyən nə etməlidir?

Xarici ölkələrin hökumət və qeyri-hökumət qurumları tərəfindən və müvafiq ali məktəblər tərəfindən ayrılan təqaüdlər çərçivəsində xaricdə təhsil almaq istəyən namizədlərin seçimi Təhsil Nazirliyi və ya xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirlikləri tərəfindən elan olunmuş müsabiqələr əsasında, dəvət olunmuş xarici ekspertlərin iştirakı ilə həyata keçirilir. Bu proqramlar çərçivəsində Yaponiya, Koreya, Yunanıstan və s. ölkələrdə onlarla Azərbaycan Respublikası vətəndaşı təhsillərini davam etdirir.

Xərcləri kim ödəyir?

Dövlət xətti ilə qəbul imtahanları Təhsil Nazirliyinin sifarişlərinə əsasən Türkiyədən gələn heyətin də iştirakı ilə Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır. Dövlət xətti ilə təhsilə qəbul olunmuş tələbələrin  təhsil, yaşayış xərcləri və eləcə də aylıq təqaüdləri Türkiyə tərəfindən ödənilir. Azərbaycan tərəfi bu tələbələrə aylıq təqaüd və onların ildə bir dəfə təyyarə ilə gediş-gəliş xərclərini ödəyir.

Rusiya Federasiyasında ali məktəbə qəbul olunmuş tələbələrin isə təhsil, yaşayış xərcləri və eləcə də aylıq təqaüdləri Rusiya tərəfindən ödənilir. Azərbaycan tərəfi bu tələbələrə aylıq təqaüd və onların ildə bir dəfə təyyarə ilə gediş-gəliş xərclərini ödəyir.

Xarici ölkələrdə təhsil almaq üçün kurslar

Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən birinin Xaricdə Təhsil Şöbəsinin nümayəndəsi Xəyyam Dəmirov tələbələrin xaricdə təhsil almaları üçün hazırlıq kurslarında iştirakının mütləq olduğunu dedi:

“Xaricdə təhsil almaq üçün tələbələrin ingilis dilini bilmələri mütləqdir. Bu gün xaricdə təhsil almaq istəyən gənclər ilk növbədə ingilis dili biliyini təsdiq edən sənəd əldə etməlidirlər. Buna isə imtahanlarda ingilis dilindən yüksək nəticə toplamaq yetmir. TOEFL və ya İELTS imtahanlarından yüksək nəticə toplamaq üçün eyni zamanda oxuma, yazma, danışıq və dinləmə bacarıqlarının qısa vaxt ərzində mənimsənilməsi lazımdır.

Bakalavr dərəcəsində təhsil almaq istəyənlər bilməlidirlər ki, onların qiymətləri dörddən aşağı olmamalıdır. Eyni zamanda, magistr üzrə təhsil almaq istəyən gənclərimizin də bakalavr qiymətləri dörddən aşağı olmamalıdır. Hal-hazırda xarici ölkələrdən Norveçdə pulsuz təhsil almaq olar. Digər ölkələr isə misal üçün, İngiltərə, Kanada və s. ölkələrdə təhsil ödənişlidir”.

Universitet seçərkən nələrə diqqət etməli?

Xaricdə təhsil almaq qərarını alan gənclər ilk öncə seçdikləri universitetin maddi tələblərinin öz vəziyyətlərinə uyğunluğuna, öz hazırlıqları və dil səviyyələrinin uyğunluğuna diqqət yetirməlidirlər. Çünki elə universitetlər var ki, tələbələrin biliklərinin o təhsil ocaqlarının tələbləri ilə uyğunlaşmaması kimi problem yaşana bilər.

Və daha bir vacib olan məqam da tələbələrin təhsil alacaqları ölkədir. Universitet seçərkən elə seçməlisiz ki, o ölkədə yemək və nəqliyyat xərcləri sizi qane etsin. Çünki bunlar ölkədən asılı olaraq dəyişilir. Bundan da əlavə, müxtəlif ölkələrdə təhsil müddəti fərqlidir. Misal üçün, İngiltərədə bakalavr təhsili 3 ildirsə, Amerikada 4 ildir. İngiltərədə magistratura təhsili 1 ildirsə, Amerikada 2 ildir. Bütün bunlara diqqət yetirmək lazımdır.

Xaricdə təhsil almağa dəyərmi?

Təhsil üzrə ekspert Əlövsət Osmanlı deyir ki, xaricdə təhsil almaq, yəni bunun çəkilən xərcə dəyib-dəyməməsi və s. – bunlar bir çox şeydən asılıdır.

“İlk öncə universitetin səviyyəsindən, daha sonra isə təhsil alınan ölkənin nə dərəcədə tanınmış olduğundan və ən sonuncu və yəqin ki, vacibi – tələbənin təhsil zamanı çalışqanlığından asılıdır.

Bəziləri elə düşünürlər ki, xaricdə təhsil almaq onlara sonradan yaxşı iş yeri vəd edir. Əslində isə bu belə deyil. Çünki yaxşı iş yerlərində bilikli kadrlara ehtiyac var. Sadəcə xaricdə təhsil almaqla kifayətlənmək olmaz”, – ekspert belə düşünür.

Türkan Nadirqızı
Milli.Az

qaynaq : http://telebe.az/2012/03/xaricd%C9%99-oxumaq-ist%C9%99y%C9%99n-az%C9%99rbaycanlilari-n%C9%99-gozl%C9%99yir/

Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: