h1

“Android Erası 2” mobil proqramçıların növbəti yarışması başlayır

March 15, 2012

“Android Erası 2” mobil proqramçıların növbəti yarışması başlayır

Hackathon Azerbaijan layihəsi çərçivəsində növbəti müsabiqəyə start verilir. Samsung-un platin sponsorluğu ilə təşkil olunan “Android Erası 2” yarışması istedadlı proqramçılara özünü ifadə etmə imkanı təqdim edir. Belə ki, müsabiqə iştirakçıları yarışma müddətində həm Android proqramlaşdırmaya aid müxtəlif biliklər əldə edəcək, həm bu istiqamətdə yazmış olduqları proqramları, müxtəlif tətbiqləri təqdim edəcək, həm də bir-birindən dəyərli hədiyyələrə sahib olma şansı qazanacaqlar.

Müsabiqənin Təşkilat Komitəsindən verilən məlumata əsasən, yarışma müddətində 50-dən çox Application (tətbiqi proqram) yazılışı nəzərdə tutulur. Burada məqsəd Azərbaycan dilində olan proqramların sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir.

Yarışmaya iştirakçı olaraq qatılma şərtləri isə çox sadədir. Bunun üçün 15-23 mart tarixləri arasında www.hackathonazerbaijan.org saytına daxil olaraq, qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyatdan keçən şəxslərin müsabiqədə iştirakçı olaraq təmsil olunmaları müvafiq seçim əsasında müəyyənləşəcək. Mart ayının 25-də isə yarışmada iştirakı təsdiqlənmiş üzvlərlə görüş reallaşacaq.

Müsabiqənin təşkilati dəstəkçiləri Baku Google Technology User Group“İlk addımlar” layihəsidir.

Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur.  Təqdim olunacaq hədiyyələr bunlardır:

I yer – Samsung Galaxy Note,

II yer – Samsung Galaxy Nexus,

III yer- Samsung Galaxy S II,

Bununla yanaşı müsabiqənin platin sponsoru olan “Samsung” şirkəti tərəfindən,  əlavə olaraq Eurovision və EuroCUP-a dəstək məqsədi ilə digər həvəsləndirici yarışmalar da gerçəkləşəcək. Həmin yarışmaların qaliblərinə Samsung Galaxy Tab 10.1 hədiyyə ediləcək.

Hackathon – hacker neologiyasıdır – proqramistlərin birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathonun əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Hackathon Azerbaijan sözügedən hadisənin Azərbaycanda təşkil edən bir lahiyədir. Baku Google Technology User Group tərəfindən yaradılan bu lahiyənin əsas məqsədi yerli proqramistlərin və texnologiya həvəskarlarının öz biliklərini yoxlaması, bir-biriləri ilə yarışması, yeni və praktiki biliklər əldə etməsini təmin etməkdir.

Nə vaxt ? Harda ?

Mərhələ

Tarix

1-ci mərhələ – Qeydiyyat

15-23 Mart 2012

2-ci mərhələ – Developer seçimi

23-25 Mart 2012

3-cü mərhələ – Mövzu seçimi –Android

25 Mart 2012

4-cü mərhələ – təlimlər

25 Mart 2012 – 29 Aprel 2012

5-ci mərhələ – Appların qəbulu

29 Aprel 2012

6-cı mərhələ – Təqdimatlar

6 May 2012

7-cı mərhələ – Nəticə, qaliblərin elan olunması

6 May 2012

 qaynaq : http://mobiz.az/n395/%E2%80%9CAndroid-Erasi-2%E2%80%9D-mobil-proqramcilarin-novbeti-yarismasi-baslayir
konullu.net

Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: