h1

INFOREX Şirkəti – 2 Həftə Ödənişsiz təlim

March 15, 2012

INFOREX Şirkəti –  2 Həftə Ödənişsiz təlim
Treyder-gəlir əldə etmək məqsədi ilə beynəlxalq maliyyə bazarında əməliyyatları həyata keçirən mütəxəssisdir. İnforex şirkətində treyder sənətinin incəliklərini mənimsədikdən sonra Siz beynəlxalq maliyyə bazarlarında işləmək imkanı əldə etmiş olursunuz. Bütün dünyada treyder sənəti ən nüfuzlu və yüksək məvacibli peşələrdən biri hesab olunur, bu biznesin peşəkarları isə cəmiyyətin elitasını təşkil edirlər.

Əgər Sizin beynəlxalq maliyyə bazarlarında iş təcrübəniz yoxdursa, Siz İnforex şirkətinin ofisində müasir maliyyə bazarlarında işin praktik vərdişlərinə yiyələnə və nəzəri kurs keçə bilərsiniz.

2 həftə davam edən təlimdə dinləyicilərə aşağıdakılar tədris olunur:

Valyuta bazarı

(İştirakçılar, əsas terminlər, marjinal ticarət və onun prinsipləri, orderlər, fundamental analiz, fundamental faktorları təhlil etmək, şayiələrə necə reaksiya vermək, xəbərlərin önəmini müəyyənləşdirmək, mərkəzi banklar və onların pul siyasəti)

Texniki analizin mahiyyəti və əsas postulatları

(Qrafiklərin əsas tipləri, zaman periodları, trend modelləri, kanallar, klassik dönüş və davamiyyət fiqurları, Dəyişən Orta Göstəricilər (Moving Avareges), onların tətbiqi və təhlil qaydaları, Gap haqqında məlumat)

Risklərin idarə olunması

(əməliyyatların açılma və bağlanma qaydaları, “Limit” və “Stop” orderləri, “Stop-loss”, “Take-profit” əmrləri ilə, həmçinin əsas ticarət taktikaları ilə tanışlıq)

Treyderin və kütlənin psixologiyasının araşdırılması

(treyderin fəaliyyətinin analiz edilməsi, intuisiya, bazarın yaddaşı )

Əsas kursa həmçinin bir həftəlik praktik məşğələlər də daxildir. Həmin məşğələ zamanı Siz öyrəndiyiniz nəzəri bilikləri demo hesablarda tətbiq edərək, nəticəni görə biləcəksiniz.

Praktiki məşğələlərə həmçinin daxildir:

Brokerlər haqqında məlumatlar

Pul köçürmələri haqqında məlumat

Pul köçürmələrinin və treydinqin təhlükəsizliyi

Bu kursu bitirəndən sonra Siz valyuta bazarında işləmək üçün lazım olan bütün əsas biliklərə yiyələnəcəksiniz.

Vaxt: 15:00-16:00 qrupu və 19:00-20:00 qrupu

Davamiyyət: hər iş günü bir saat olmaqla 2 həftə

Məkan: İnforex MMC ofisi. Caspian Plaza III, 5-ci mərtəbə, C.Cabbarlı küç. 44, Bakı şəh.

Qeydiyyat üçün: http://www.inforex.az ; (012) 437 53 23, (012) 436 78 44

qaynaq : http://resurs.az/trainings/463-inforex-sirkti-hr-ksi-oednissiz-tlimlr-dvt-edir

4 comments

  1. Salam,
    Bu telim ne vaxt baslayacaq ve ne vaxta qeder davam edeceyi barede melumat vere bilseniz sevinerem. Onceden tesekkuler.


  2. Salam aleykum. Bu təlimdə hər kəs iştirak edə bilər? Müsahibə keçiriləcəkmi? Mən 1ci kurs tələbəsiyəm iştirak edə bilərəm?


  3. Indeed, this green vegetable simply has certain characteristics-flavor, texture, color-that appeal to some of us and displease some others.
    The only difficulty comes from how you satisfy the three points of the
    business. If your business is not planned properly for every month
    of the year, the 12 month totals can not be met.



Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: