h1

ARDNŞ-nin Təqaüd müsabiqəsi

March 27, 2012

ARDNŞ-nin Təqaüd müsabiqəsi 

Müsabiqədə 2011-2012-ci tədris ilinin 1-ci semestr nəticələrinə əsasən Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrinin müəyyən olunmuş ixtisasları üzrə təhsil alan tələbələri iştirak edə bilərlər. İştirak etmək istəyənlər müsabiqənin şərtləri və suallar ilə tanış olduqdan sonra müraciət formasını dolduraraq elektron qeydiyyata düşməlidirlər.

Son qeydiyyat tarixi: 02 aprel 2012-ci il

TEZ – TEZ SORUŞULAN SUALLAR 

Təqaüd almaq üçün iddiaçılara qoyulan tələblər

  • Müsabiqə bu Proqramda qeyd olunmuş ixtisaslar üzrə Azərbaycan Respublikası ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında aparılır (“İxtisaslar” bölməsində verilmişdir).
  • Tələb olunan ixtisasların siyahısı ARDNŞ rəhbərliyi tərəfindən hər il dəyişdirilə bilər.
  • Təqaüd almağa iddiaçı olmaq üçün Tələbə aşağıda qeyd olunan bütün şərtlərə cavab verməlidir:
    • Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
    • tələb olunan ixtisaslar üzrə əyani (magistratura pilləsi üçün əyani və qiyabi) şöbədə təhsil almalıdır;
    • son 2 semestrdə “kafi” qiyməti olmamaq şərtilə, bütün təhsil müddətində 2-dən artıq “kafi” qiyməti olmamalı, qalan bütün qiymətləri “yaxşı” və ya “əla” olmalıdır;
    • başqa kommersiya təşkilatının təqaüdünü almamalıdır;
    • ARDNŞ-nin işçisi olmamalıdır.
  • Təqaüd üçün iddiaçıların sənədləri hər semestr bitdikdən sonra növbəti 3 həftə ərzində qəbul edilir.
  • Təqaüd almaq üçün tələbə fərdi qaydada elektron qeydiyyatdan keçməlidir.
 Tələbələrin nəzərinə

  1. Əlavə olunacaq sənədləri göndərərkən Şəxsiyyət Vəsiqənizin scan edilmiş formasını göndərməyi unutmayın.
  2. Qafqaz Universitetinin tələbələri qeydiyyat formasının “Kurs” bölməsində bakalavriat pilləsinin kursunu göstərməlidirlər (hazırlıq ili nəzərə alınmadan).
  3. Müsabiqə nəticəsində iqtisadiyyat ixtisasları (mühasibat uçotu, vergi işi, maliyyə, mühəndis-iqtisad, beynəlxalq iqtisadi münasibətlər, menecment və sairə) üzrə hər kursdan yalnız 3 nəfərə qədər tələbəyə təqaüd verilə bilər.
  4. Magistraturanın qiyabi şöbəsində təhsil alan tələbələr müsabiqədə iştirak edə bilərlər. Bu qayda bakalavriat pilləsi üzrə təhsil alan tələbələrə aid deyil.
  5. Əvvəllər digər kommersiya şirkətinin təqaüdünü almış, lakin bu semestrdə hər hansı kommersiya şirkətinin təqaüdünü almayan tələbələr müsabiqədə iştirak edə bilərlər.
  6. 4-cü kursu bitirən tələbələr, əgər magistraturaya daxil olmayıblarsa, müsabiqədə iştirak edə bilməzlər.
  7. ARDNŞ təqaüd müsabiqəsinin nəticələri əsasında ARDNŞ-də daimi işlə təmin olunmuş və hazırda təhsilini davam etdirən tələbələr müsabiqədə iştirak edə bilməzlər.
  8. Qeydiyyata düşdüyünüz barədə elektron poçtunuza bildirişi aldıqdan sonra 4 iş günü müddətində adınız namizədlər siyahısında qeyd olunacaq. Bu siyahıda səhv məlumat gedərsə, xahiş olunur khs@socar.azelektron poçtuna məlumat verəsiniz.

S/n

İxtisaslar

1

Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları

2

Neft və qazın geologiyası

3

Neft və qaz quyularının qazılması

4

Neft-qaz yataqlarının işlənməsi və istismarı

5

Sənaye mühəndisliyi (neft və qaz sənayesi üzrə)

6

Neft-qaz və alternativ enerji texnologiyası

7

Neft və qaz emalı texnologiyası

8

Üzvi kimya və neft kimyası texnologiyası

9

Qaz kimyası texnologiyası

10

Elektroenergetika sistemləri və şəbəkələri, elektrotexnoloji və elektrotex-niki qurğular və sistemlər, elektromexanika (neft və qaz sənayesi üzrə)

11

İstehsal proseslərinin avtomatlaşdırılması (neft və qaz sənayesi üzrə)

12

Hesablama maşınları, kompleksləri, sistemləri və şəbəkələri (neft və qaz sənayesi üzrə)

13

Avtomatlaşdırılmış layihələndirmə sistemləri, informasiyanın işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri (neft və qaz sənayesi üzrə)

14

Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı

15

Kompüter elmi və mühəndisliyi

16

Məlumatların mühafizəsinin texnologiyası və təşkili, kompüter təhlükəsizliyi

17

Ətraf mühitin mühəndis mühafizəsi (neft və qaz sənayesi üzrə)

18

İnşaat mühəndisliyi və menecment

19

Dəniz hidrotexniki qurğular, onların tikintisi (neft və qaz sənayesi üzrə)

20

Neft və qaz kəmər və anbarlarının layihələndirilməsi, tikintisi və istismarı

21

Rabitə qovşaqları və kommutasiya sistemləri

22

Mühasibat uçotu, vergi işi, maliyyə, mühəndis-iqtisad, beynəlxalq iqtisadi münasibətlər, neft və qaz sənayesi üzrə menecment


5 comments

  1. Men Mirzezade Alim azerbaycan dovlet deniz Akademyasinin Deniz dawimalari ve idare etme fakultesinin Menecment ixtisasi uzre tehsil aliram


  2. Transkripti mene Universitetden aprelin 2si vere bilecekler… Aprelin 2si saat neceye qeder qeydiyat ede bilerem???


    • Aydan xanım salamlar,
      Qeydiyyat 3 aprel saat 09:00-a qədər davam edəcək. Həmçinin qeydiyyat müddətinin 3-4 gün uzadılması nəzərdə tutulur.


      • Melumata gore tesekkurler cox sag olun…


      • buyurun🙂



Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: