h1

WYBN – Gənc tələbələrin məqalə müsabiqəsi

March 28, 2012

Biz avrointeqrasiya prossesini necə görürük

Dünya Gənclər Bankı Şəbəkəsinin regional ofisi (WYBN) gənc tələbələrin “Biz avrointeqrasiya prossesini necə görürük?” şüarı altında gənclər üçün məqalə müsabiqəsi elan edir. DGBŞ regional ofisi, gənclərimizin bu prosesi necə görməsi, verə biləcəkləri töhvələri üzə çıxarmaq və Azərbaycan gəncliyinin fikirlərini öyrənmək məqsədi ilə belə bir yazı müsabəqsi keçirir. Müsabiqədə Azərbaycanın gəncliyinin müxtəlif təbəqələri (yaş həddi – 18-35) iştirak edə bilərlər.

Müsabiqədə məqsəd gənclərimizin Avrointeqrasiyani necə dərk etmələri və gələcək gözləntilərini öyrənməkdir. Eyni zamanda, Avropa standartlarının və dəyərlərinin düzgün başa düşülməsini təşviq etməkdir.

Əgər siz də bu məqsədə öz töhfənizi vermək, eyni zamanda daha yenilikçi və maraqlı fikirlərinizi ortaya çıxarmaq istəyirsinizsə, aşağıdakı kateqoriyalardan birini seçib yaza bilərsiniz:

1) “Avrointeqrasiya dedikdə nə anlayırıq?”;

2) “Azərbaycanın Avropaya inteqrasiyası dünən , bu gun və sabah”;

3) “Şərq tərəfdaşlığı çərçivəsində Azərbaycan gəncliyin iştirakçılığı”

4)”Avrointeqrasiya gənclərin gözü ilə”

Hər bir yazı məzmununa və yaradıcılığına görə qiymətləndiriləcək. Qiymətləndirmədə nəzərə alınacaq əsas kriteriyalar aşağıdakı kimidir:

1) navatorluq;

2) faktiki məlumatlardan istifadə;

3) yeni baxış

4) Yazının reallığa uyğun olaraq analitik təhlili;

5) Beynəlxalq təcrübədən faydalanmaq

Son mərhələdə mütəxəssislərdən ibarət heyət ən yaxşı yazıları seçəcək və bu qaliblər pul mükafatı və dəyərli hədiyyələrlə təltif olunacaq. Qiymətləndirmənin obyektivliyini təmin etmək üçün yazılar kodlaşdırılacaq və yalnız qiymətləndirmə bitdikdən sonra adlar açıqlanacaq.

Qeyd: Müsabiqəyə təqdim olunan yazılar nəticələr elan olunana qədər heç bir qəzet, jurnal və ya onlayn agentliklərin səhifəsində nəşr oluna bilməz. Yazının həcmi Times New Roman şirifti ilə 12 ölçüdə maksimum üç A4 –həcmində ola bilər. Hər gənc müsabiqəyə yalnız bir yazı təqdim edə bilər. Yazılar Azərbaycan dilində ola bilər. ( İstisna hallarda rus dilində də göndərilə bilər). .

Təkliflərinizi 1 may 2012-ci il, saat 18:00-a qədər info@w-ybcis.net ünvanına göndərə bilərsiniz. Göndərəcəyiniz elektron məktubda adınızı, işinizi, təhsil müəssisənizi və əlaqə məlumatlarınızı ( telefon, email və s) qeyd etməyi unutmayın.

qaynaq : http://resurs.az/tenders/485-biz-avrointeqrasiya-prossesini-nec-goerueruek

Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: