h1

“Elektron Təhsil” Müsabiqəsi 2012

April 1, 2012

Məlum olduğu kimi Təhsil Nazirliyi tərəfindən hər il “Elektron Təhsil” Müsabiqəsi təşkil olunur.  Bu ilki “Elektron Təhsil” Müsabiqəsi 2012  “Təhsildə İnternet texnologiyaları” və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə keçirilir.

Məlum olduğu kimi Təhsil Nazirliyi tərəfindən hər il “Elektron Təhsil” Müsabiqəsi təşkil olunur.  Bu ilki “Elektron Təhsil” Müsabiqəsi 2012  “Təhsildə İnternet texnologiyaları” və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə keçirilir.

Müsabiqəyə Tələbələr də qatıla bilər.

Nominasiyalar

  • Elektron Tədris Resursları 
    • Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika
    • İbtidai təhsildə İT-dən istifadə üzrə ən yaxşı metodika
    • İKT-dən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli
  • Təhsildə İnternet texnologiyalar
    • Müəllimlərin bloqları
    • Təhsildə İnternet resurslar 

2 aprel tarixində Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən “Elektron Təhsil” Respublika müsabiqəsinin başlanmasına start veriləcəkdir.  

Müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və Microsoft Azərbaycan, İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, Ultra, HP, AZEDUNET və Mədəd təşkilatları tərəfindən dəstəklənir.

Müsabiqənin rəsmi internet-səhifəsi http://www.musabiqe.edu.az ünvanında yerləşdirilmişdir və tam olaraq bütün məlumatları özündə cəmləmişdir. Veb-saytda müsabiqədə iştirak üçün qeydiyyat sadələşdirilmişdir.

Eyni zamanda “Elektron Təhsil” Respublika müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən müsabiqəyə təqdim olunan elektron resursların keyfiyyətinin artırılması və rəqabət mühitinin daha da yaxşılaşdırılması məqsədi ilə müsabiqənin əsasnaməsində aşağıdakı dəyişikliklər edilmişdir:
–    Hər bir iştirakçı tərəfindən müsabiqəyə yalnız bir resursun təqdim olunması;
–    Müsabiqədə qalib gəlmiş iştirakçıların növbəti 3 ildə müsabiqədə iştirak imkanlarının məhdudlşdırılması.

Müsabiqə “Təhsildə İnternet texnologiyaları” və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunmuşdur. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, İnternet  texnologiyalardan  tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

“Müasir məktəbdə elektron tədris resursları”  istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan metodiki tədris materialları  təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər “fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı  metodika”, “İbtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “Elektron tədris  vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən  yaxşı  modeli” nominasiyaları üzrə müəyyən olunacaqlar.

“Təhsildə  İnternet texnologiyalar” istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu  İnternet resursları, bloqlar və digər İnternet layihələri təqdim edilə bilər. Qaliblər “təhsildə İnternet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən olunacaqdır.
Müsabiqədə regionlarda yerləşən məktəblərin müəllimlərin İKT-dən istifadəsini dəstəkləmək üçün xüsusi olaraq “Elektron Təhsil” Respiblika Müsabiqəsində iştirak edən “Ən fəal region məktəbi” nominasiyası müəyyən edilmişdir. Bu nominasiya üzrə üç ən aktiv məktəb müəyyən ediləcəkdir.

İki mərhələdə keçiriləcək səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Təhsil Nazirliyi tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq.

Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.
Qeyd etmək lazımdır ki, müsabiqə artıq üçüncü dəfə keçirilir. 2010 və 2011-ci illərdə keçirilən müsabiqədə ümumi olaraq 1400-dən çox layihə təqdim olunmuşdur.

Qeydiyyat

http://musabiqe.edu.az/ 

2 comments

  1. bitmə vaxtı nə zamandır???


    • Bugün etibarilə (11 aprel) 35 gün qalır. Qeydiyat bölməsində sol tərəfdə günlərin sayı yazılıb🙂



Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: