h1

XII “Beynəlxalq Gənclərarası Dialoq” forumuna iştirak üçün ərizə qəbulu elan edilir

April 11, 2012

12th Melaka International Youth Dialogue (MIYD)

XII “Beynəlxalq Gənclərarası Dialoq” Forum

27 iyun-01 iyul 2012-ci il tarixləri arasında Malaziyanın Melaka şəhərində Dünya Gənclər Assambleyasının XII “Beynəlxalq Gənclərarası Dialoq” forumu keçiriləcək. Bu ilki forumun mövzusu “Sağlamlıq,mənim hüququmdur” olacaq.

Tədbirdə Malaziyanın Baş Naziri, Gənclər və İdman Naziri və digər dövlət rəsmilərinin iştirakı gözlənilir. Forumda dünyanın 70 ölkəsindən 210-dan çox gənclər təşkilatları təmsil olunacaqdır. “İRƏLİ” İctimai Birliyi ilə Dünya Gənclər Assambleyası arasında əldə olunan razılaşmaya əsasən forumda Azərbaycanı 5 nəfərdən ibarət nümayəndə heyəti təmsil edəcak.

Tədbirdə iştirak haqqı 150 dollardır. Buraya 4 ulduzlu oteldə yaşayış, ölkə daxili nəqliyyat xərcləri daxildir. Həmçinin yol  xərcləri iştirakçılar tərəfindən ödənilməlidir. Forumun işlək dili ingilis dilidir. Foruma qatılmaq istəyən şəxslərdən 30.04.2012 tarixinədək öz CV-lərini “WAY Forum” başlığı altında cavid.osmanli@ireli.az ünvanına göndərmələri xahiş olunur.

Qeyd edək ki, Dünya Gənclər Assambleyası 1949-cu ildə yaranmışdır. Assambleya BMT-nin iqtisadi və sosial konsulluğunda məsləhət verici statusa malikdir. Dünya Gənclər Assambleyası gənclər təşkilatları ilə gənclərin məşğulluğu, ətraf mühitin qorunması, insan hüquqları, demokratiya, səhiyyə sahələri üzrə fəaliyyət göstərir.

“İRƏLİ” İctimai Birliyi

qaynaq : http://ireli.az/announcements/20120411045510061.html

Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: