h1

Yaponiyada Təhsil – Monbukaqaquşo MEXT 2013 Təqaüd Proqramı

April 13, 2012

Yaponiyada Təhsil – Monbukaqaquşo MEXT 2013 Təqaüd Proqramı
(diqqətlə oxumağınız xahiş olunur!) 

Bu proqram 17-22 yaş arası orta təhsil almış məzunların Yaponiyadakı universitetlərdə oxuması üçün nəzərdə tutulub. Namizədlər Yaponiyaya gəlişdən sonra, Tokio Xarici Dillər Universiteti və ya Osaka Universitetində 1 il Yapon dili və digər fənlər üzrə təlim keçirlər və təlim müddəti bitdikdən sonra universitetin hər hansı bir fakültəsinə daxil olurlar. Təhsil müddəti 5 ildir (7 il: Tibb, Stomatologiya, Baytarlıq, Farmakologiya).

Ətraflı məlumat üçün aşağıdakı sənədlərə nəzər yetirin:


 Bakalavr dərəcəsi üzrə təqaüd proqramı

  1. Bu proqram 17-22 yaş arası orta təhsil almış məzunların Yaponiyadakı universitetlərdə oxuması üçün nəzərdə tutulub.

Namizədlər Yaponiyaya gəlişdən sonra, Tokio Xarici Dillər Universiteti və ya Osaka Universitetində 1 il Yapon dili və digər fənlər üzrə təlim keçirlər və təlim müddəti bitdikdən sonra universitetin hər hansı bir fakültəsinə daxil olurlar.*

*Təhsil müddəti 5 ildir (7 il: Tibb, Stomatologiya, Baytarlıq, Farmakologiya)

* Yaponiyanın ali təhsil məktəblərində təhsil ümumiyyətlə Yapon dilində aparılır(İngilis Dilində dərslər də mövcuddur).

  1. Bu proqrama müraciət edərkən Monbukaqakuşo MEXT 2013 Təqaüd Proqramının şərtlər toplusunu diqqətlə oxuyun. Əgər proqrama dair başa düşmədiyiniz məqamlar mövcuddursa, Yaponiya Səfirliyinin Mədəniyyət və İnformasiya şöbəsinin əməkdaşı ilə əlaqə saxlaya bilərsiniz. Əvvəlki illərdə təqaüd proqramına müraciət edən tələbələr şərtlər toplusuna diqqət yetirmədikləri üçün seçim prosesində problemlər ilə rastlaşmışdılar.
  1. Təqaüd proqramında iştirak etmək üçün lazım olan sənədləri Səfirliyə 15 iyun 2012-ci il tarixinə qədər təqdim etməyiniz xahiş olunur. Ərizə formasına əlavə olunmalı sənədlərdən hər hansı biri əskik olarsa, və ya ərizə formasında ciddi səhvlərə yol verilibsə, seçim prosesi zamanı sənədlər qəbul olunmayacaqdır.
  1. Ərizə forması Səfirliyə təqdim olunarkən namizədlərə şəxsi imtahan nömrələri veriləcəkdir. Xahiş olunur şəxsi imtahan nömrənizi itirməyəsiniz.
  1. Sənədlərin baxılması prosesində əsas qiymətləndirilən meyar – düzgün doldurulmuş ərizə forması, attestat və ya diplom qiymətləri, həmçinin təhsil almaq istədiyiniz sahə barəsində konkret və ətraflı göstərilmiş yazıdır.

Bunlara əsaslanaraq, müraciət edənlərin arasından təxminən 20 nəfər seçiləcəkdir. Sənədlərin baxılması prosesindən sonra test üsulu ilə yazılı imtahan keçiriləcək. Yazılı imtahanın nəticələrinə əsasən yuxarı bal yığanların arasından təxminən 10 nəfər şifahi müsahibəyə dəvət olunacaq. Şifahi müsahibənin nəticələrinə əsasən ancaq bir neçə nəfər 2-ci mərhələyə (MEXT tərəfindən seçim: aşağı bax) keçəcəkdir.

Ümumi seçim prosesində toplanan ballar namizədlərə açıqlanmır. Yaponiya Səfirliyində aparılan seçim (sənədlərin qəbulu, yazılı imtahan və şifahi müsahibə) 1-ci mərhələ kimi hesab olunur.  Şifahi müsahibədən keçən namizədlərin 2-ci mərhələdəki seçimi Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi (Monbukaqakuşo: MEXT) tərəfindən aparılacaq. Bakalavr dərəcəsi üzrə yekun nəticələr 2012-ci il dekabr ayının sonu və 2013-cü ilin yanvar ayı arasındakı müddətdə açıqlanacaq.

  1. Seçim prosesinin təqvimi aşağıdakı kimidir:

(1)     Sənədlərin son qəbul günü –  15 iyun 2012-ci il

(2)     Sənədlərin baxılması iyun ayının ortalarında aparılacaq.*

*Sənədləri qəbul olunan namizədlərin şəxsi imtahan nömrələri Səfirliyin internet

səhifəsində  açıqlanacaqdır.

(3)     Yazılı imtahan – 29 iyun 2012-ci il*

* Bu tarix şərtidir və dəyişiklik olduqda namizədlər əvvəlcədən xəbərdar ediləcəklər.

* İmtahanın keçirildiyi yer və vaxt haqqında namizədlər əvvəlcədən xəbərdar ediləcəklər.

* Yazılı imtahandan keçən namizədlərin şəxsi imtahan nömrələri Səfirliyin internet

səhifəsində açıqlanacaqdır, lakin toplanan ballar namizədlərə açıqlanmır.

(4)     Şifahi müsahibə  – 05 iyul 2012-ci il*

* Bu tarix şərtidir və dəyişiklik olduqda namizədlər əvvəlcədən xəbərdar ediləcəklər.

* Müsahibənin keçirildiyi yer və vaxt haqqında namizədlər əvvəlcədən xəbərdar

ediləcəklər.

* Şifahi müsahibədən keçən namizədlərlə Səfirlik əlaqə saxlayacaqdır.

  1. Yazılı imtahandakı fənlər aşağıdakılardır:

Humanitar və ictimai elmlər sahəsini seçənlər üçün: İngilis dili, Yapon dili, Riyaziyyat

Texniki və təbiətşünaslıq elmlər sahəsini seçənlər üçün: İngilis dili, Yapon dili, Riyaziyyat,

Kimya və Fizika və ya Biologiya

Bütün namizədlər üçün Yapon dilindən imtahan məcburidir.

* Yapon dilini bilməyən namizədlər üçün İngilis dili üzrə dil qabiliyyəti yoxlanacaq.

* 2010-cu il üçün imtahan sualları və cavablarını – STUDY IN JAPAN –

http://www.studyjapan.go.jp/en/toj/toj0308e.html#1  saytından əldə etmək olar.

  1. Ərizə paketi və proqramın şərtlər toplusunu həmçinin – STUDY IN JAPAN – http://www.studyjapan.go.jp və  – YAPONİYA SƏFİRLİYİ – http://www.az.emb-japan.go.jp saytından əldə etmək olar.
  1. Birinci mərhələdəki seçim prosesi Yaponiya Səfirliyi, Təhsil Nazirliyi və digər nümayəndələrdən ibarət olan müsabiqə komitəsi tərəfindən aparılacaqdır. Sənədlərin seçilməsi, yazılı imtahan və şifahi müsahibənin hər bir nəticələrinə dair etiraz qəbul olunmayacaqdır. İkinci mərhələdəki seçim Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi (Monbukaqakuşo: MEXT) tərəfindən aparılacaqdır.
  1. Səfirliyə təqdim olunmuş ərizə forması və əlavə sənədlər geri qaytarılmır.
  1. Lazım olan təqdirdə, Yaponiyada oxumaq istəyən şəxslərin ailə üzvləri və digər aidiyyəti olan şəxslərdən əvvəlcədən icazə almağınız xahiş olunur.

Daxil Ol : http://www.az.emb-japan.go.jp/007az.html

Sualları olanlardan xahiş olunur ki öz suallarını mütləq şərh olaraq qeyd etsinlər.

Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: