h1

ASR qrup – Təlim

April 18, 2012


“İnsan Resurslarının İdarə edilməsində insan resurslarının planlaşdırılması (İRP) , iş analizinin aparılması və vəzifə təlimatların hazırlanması”

Sizləri ASR Konsaltinq və Araşdırma Qrupunun Kadr hazırlığı və Təlimlər mərkəzi tərəfindən 21 Aprel tarixində təşkil etdiyi “İnsan Resurslarının İdarə edilməsində insan resurslarının planlaşdırılması (İRP) , iş analizinin aparılması və vəzifə təlimatların hazırlanması” mövzusunda keçiriləcək təlimdə iştirak etməyə dəvət edirik.

Təlimin tərkibi:

• İRP mahiyyəti və müəssisədə əhəmiyyəti
• İRP şöbəsi və digər şöbələrlə əlaqəsi
• İşçi dövriyyəsi (turn over) və onun hesablanması
• İş analizinin mahiyyəti və hazırlanma üsulları
• İş analizi və verdiyi faydalar
• İş analizinin aparılması üsulları və praktiki sənədlərlə iş
• Vəzifə təlimatının komponentləri
• Vəzifə təlimatının hazırlanmasında iş analizinin rolu
• Vəzifə təlimatı və hüquqi bazaya istinad
• Vəzifə və iş təlimatlarına dair praktiki sənədlərlə iş

Təlimin məqsədi:

İştirakçılara insan resurslarının idarə edilməsində İRP-nin əhəmiyyəti, yer alan fəaliyyətləri, müəssisə üçün zəruriliyini çatdırmaqla yanaşı iş analizinin hazırlanması, aparılmasına dair praktiki biliklər vermək, əhəmiyyətini çatdırmaqla vəzifə təlimatlarının hazırlanmasında iş analizinin əhəmiyyəti və aparılması istiqamətində həm müəssisənin proseslərinin nəzərə alınması ilə yanaşı hüquqi müstəvidə tələbləri nəzərə alaraq vəzifə təlimatını necə hazırlanmalı olduğunu və şöbə olaraq necə işlədiyini öyrətməkdir.

Gözlənilən nəticələr:

İştirakçılar insan resurslarının idarə edilməsində İRP haqqında zəruri biliklər öyrənməklə yanaşı iş analizinin aparılması üsullarını, sualların necə hazırlanacağını incələyəcək praktiki sənədlərlə tanış olmaqla, vəzifə təlimatında yer alan komponentlər, bir sıra müxtəlif vəzifə təlimatları üzrə praktiki nümunələrlə tanış olacaq, onların hazırlanması üçün Azərbaycan qanunvericiliyində yer alan tələbləri öyrənəcək və müəssisələrin İRİ departamenti üçün vacib olan iş analizi və vəzifə təlimatları necə hazırlamalı olduqlarını öyrənəcəklər. İştirakçılara iş analizi formaları və vəzifə təlimatlarına dair praktiki materiallar da təqdim ediləcəkdir. Təlim Azərbaycan dilində keçirilsə də terminlər bir neçə dildə qeyd ediləcəkdir.

Gözləntiləriniz: Təlim barədə məmnunluğunuzu təmin etmək üçün təlim mövzusu üzrə gözləntilərinizi (sual və ya təkliflərinizi)qeydiyyatdan keçərkən qeyd edə bilərsiniz.

Təlimin keçirilməsi : Təlim nəzəri və praktiki ağırlıqda keçirilməklə yanaşı iştirakçılar sonda (xüsusi ilə işləyən şəxslər) işlərinə dair iş analizinin aparılması və vəzifə təlimatların hazırlanmasını həyata keçirəcəklər.

Təlim ödənişlidir !

Təlim iştirakçılarına şirkətimizin 2 dildə sertifikatı təqdim ediləcək.

İştirakçılar: Şirkət nümayəndələri və digər maraqlı şəxslər üçün ödəniş 20 AZN-dir.

Ödənişə slayd materialların hand out- u (çıxış sənədi) və əlavə təlimdə istifadə ediləcək materiallar təqdim ediləcəkdi)

21 Aprel

Saat 14:30

Fasilə: Çay-kofe (su) və şirniyyat fasiləsi

Qeyd: İştirakçıların təlimi nə dərəcə mənimsədiklərini özləri tərəfindən də qiymətləndirə bilmələri üçün təlim müddətində və təlimin sonunda hörmətli iştirakçılarımıza tapşırıqlar təqdim ediləcəkdir.

Təlimin müddəti : 3 saat – 3 saat 30 dəqiqə

Təlimin dili : Azərbaycan dili

Təlim interaktiv üsulla keçiriləcəkdir.

Təlimçi: ASR Qrupun Kadr hazırlığı və təlimlər departamentinin rəhbəri və müxtəlif şirkətlərin HR menecerlərinə təlim demiş mütəxəssis Orxan İsayev tərəfindən aparılacaqdır.

Qeydiyyat

Təlimə qeydiyyatdan keçmək üçün aşağıda göstərilən nömrələrə zəng etməyiniz tələb olunur.

Təlimin keçirilmə yeri : ASR Konsaltinq və Araşdırma Qrupunun təlim zalı

Rəşid Behbudov küç, 25. 1-ci mərtəbə

Əlaqə vasitələri: (012) 595 13 37

Mob: (055) 205 08 18 (Elmir Səlimov, Təlimlər üzrə kordinator)

E-mail: trainings@asrgroup.az

Elektron ünvan: http://www.asrgroup.az ; http://www.asrkadr.az

qaynaq : http://resurs.az/trainings/529-insan-resurslarnn-idar-edilmsind-insan-resurslarnn-planlasdrlmas-irp-is-analizinin-aparlmas-v-vzif-tlimatlarn-hazrlanmas-tlimi21

Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: