h1

Azərbaycan Gənclər Fondu gənclər arasında Fondun loqosunun dizaynı ilə bağlı müsabiqə elan edir

May 5, 2012

Müsabiqənin keçirilməsində əsas məqsəd gənclərin Fondun fəaliyyətində yaxından iştirak etməsini təmin etmək və gənclərin iştirakı ilə Fondun vahid loqosunu hazırlamaqdır.

Müsabiqənin şərtlərinə görə özündə milliliyi, gənclər mövzusunu, müasirliyi və inkişafı ehtiva edən loqo dizaynı qalib gələcəkdir. Münsiflər Heyəti tərəfindən ən yaxşı loqo üçün dizayn variantı seçiləcək və qalib gələn şəxs Fondun Xüsusi Diplomu və “MacBook Air” noutbuku ilə mükafatlandırılacaqdır.

Təqdim edilən materiallar orijinal olmalı və dizayn edilmiş loqo əvvəllər nəşr edilməmiş olmalıdır. Əvvəllər yaradılmış dizayn və komponentlərdən istifadə edilmiş yaxud da qismən istifadə edilmiş loqo nümunələri müsabiqədə nəzərdən keçirilməyəcəkdir.

Hər bir namizəd loqo təklifini (bir nəfər maksimum 3 dizayn variantı təqdim edə bilər) hazırlayaraq 25 may 2012-ci il saat 17:00-dək office@youthfoundation.az elektron ünvanına təqdim etməlidir. Müsabiqə üçün təqdim edilən materiallar yüksək rezolyusiyalı “.JPG” formatda yuxarıda qeyd olunan ünvana göndərilməldir. İştirakçılar müsabiqənin əsasnaməsi ilə tanış olmalı, təqdim etdikləri loqo nümunələri ilə yanaşı iştirakçı vərəqini də dolduraraq yuxarıda qeyd olunan ünvana göndərmələri xahiş olunur.

Bütün təqdim edilən loqo dizaynları Gənclər Fondunun mülkiyyəti olacaqdır və Fond gələcəkdə qalib gəlmiş loqonu istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etməklə bağlı müstəsna hüquqa malikdir.

Gənclər Fondu bütün gəncləri müsabiqədə fəal iştirak etməyə dəvət edir!

İştirakçı vərəqi və ƏSASNAMƏ

http://youthfoundation.az/

qaynaq : http://ireli.az/announcements/20120504065754485.html

One comment

  1. This is a good tip especially to those new to the blogosphere.
    Brief but very accurate information… Thanks for sharing this
    one. A must read article!



Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: