h1

XMİB 4-cü Yay Mühəndislik Düşərgəsini təşkil edir

May 7, 2012

Xəzər Mühəndisləri İctimai Birliyi 4-cü Yay Mühəndislik Düşərgəsini təşkil edir. Layihənin sponsorları BP Exploration (Caspian Sea) Ltd  Qafqaz Universitetidir. Müraciətlər qəbul olunur. Müraciət formasını buradan doldura bilərsiniz. Zəhmət olmasa müraciət formasını diqqətlə tamamlayın. Son müraciət tarixi 27 Maydır.

XMİB yay düşərgəsi aşağıdakı məqsədlərlə keçirilir:

  • Tələbələrin akademik biliklərinin real sənaye heyatı ilə inteqrasiyası
  • Təkliflər irəli sürərək, iştirakçıların açıq-aşkar bir məqsəd seçmələrini təmin etmək.
  • Problemlərin həll edilməsi, zamanın idarə ediməsi, qrup rəhbərliyi və təzyiq altında iş bacarıqlarının inkişaf etdirilməsi.
  • Real lahiyələr əsasında komanda içində təcrübə.
  • Bilik və təcrübə bölüşməsi üçün peşakar mühəndislər ilə tələbələrin görüşlərinin təşkili.
  • Ağıllı, sosial cəhətdən aktiv, potensial gənc liderlərin inkişaf etdirilməsi.
  • Araşdırmalar əsasında real mühəndislik hissini yaşatmaq.

Yay düşərgəsində aşağıda adları qeyd olunan universitetlərdən 20 nəfər tələbə iştirak etmək hüququ qazanacaq.

  • Qafqaz Universiteti
  • Azərbaycan Dövlət Neft Akademiyası
  • Xəzər Universiteti
  • Azərbaycan Texniki Universiteti
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • Bakı Dövlət Universiteti
  • Xaricdə yerləşən texniki universitet tələbələri

Seçim mərhələsi texniki biliyin yoxlanılması və müsahibədən ibarətdir. Düşərgə 6 gündən ibarət olmaqla Qafqaz Universitetinin ərazisində oğlanlar və qızlar üçün təşkil olunacaqdır. Düşərgənin maraqlı gündəlik programına əlavə olaraq, sənaye mərkəzlərinə, fabriklərə ekskursiyalar təşkil olunacaqdır. Programda real mühəndislik problemləri qiymətləndirilərək və müxtəlif həll yolları tapıllmağa çalışılacaq. İdarəetmə və mühəndislik haqqında bir çox çalışmalar təşkil olunacaqdır. Hər günün axırında maraqlı program və interaktiv oyunlar təşkil olunacaqdır. Düşərgənin hər bir günü müxtəlif şirkətlərin əməkdaşı olan mühəndislər tərəfindən idarə olunacaqdır. (BP, SOCAR, Azercell, Halliburton və s.)

Müraciətlərin qəbulu artıq başlamışdır və 27 May tarixinə qədər davam edəcəkdir. Yay düşərgəsi 29 İyun- 04 İyul tarixləri arasında təşkil olunacaqdır. İştirak üçün web səhifəmizdə yerləşən müraciət formunu doldurun. Nəticələr İyun ayının ilk həftəsi web səhifəmizdə elan olunacaqdır.

Seçilən tələbələr imtahana dəvət olunacaqdır. Bu web səhifəni daimi yoxlayın və əmin olun ki bizə doğru e-mail ünvanı vermisiniz.

Yay düşərgəsində iştirak haqqı 55 AZN dir. Müraciət və imtahanda iştirak pulsuzdur. İştirak haqqı yalnız düşərgədə iştiraka haqq qazanmış və iştirak edəcək olandan alınacaqdır. Universiter yataqxanasında gecələmək ve yemək üçün əlavə ödəniş olmayacaq. Düşərgədə daima 1 XMİB və 1 Qafqaz Universitetinin nümayəndəsi iştirak edəcəkdir.

Hər hansı bir sualınız olarsa “Əlaqə” bölməsindən istifadə edərək bizimlə əlaqə saxlayın.

http://thecesworld.org/az/xmib-4-cu-yay-muh%C9%99ndislik-dus%C9%99rg%C9%99sini-t%C9%99skil-edir

2 comments

  1. humanitar sahədə oxuyanlar iştirak edə bilər? Sağ olun


    • xeyir xanım təəssüf ki ancaq texniki sahədə oxuyanlar, mühəndislər başvuru edə bilərlər.



Şərh yazmaq Təsir etməkdir :)

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: