Archive for the ‘Azərbaycandakı Yeniliklər’ Category

h1

Zaqatalaya Yardım Aksiyası

May 20, 2012

Əziz gənclər, hamımız bilirik, bir neçə müddətdir ki, yurdumuzun ən dilbər guşələrindən olan Zaqatalada zəlzələ baş verir. Biz gənclər bu duruma biganə qala bilmərik. Bu yardımı etməkdə məqsədimiz ordakı qorxmuş və zərərçəkmiş insanların üzündə bir balaca da olsa təbəssümyaratmaq, onların yanında olduğumuzu hiss elətdirməkdir.

Əziz dostlar, 29. 05. 2012, saat 16 : 00 – a qədər yardımlarınızı gözləyirik. Yardım etmək istəyən şəxslər bizimlə əlaqə saxlayaraq təyin olunmuş ünvana yardımlarını gətirə bilərlər.
Ordakı insanların ərzaq, dərman və digər ehtiyaclarının qarşılanması üçün imkanınız çatdığı qədər maddi yardım edə bilərsiniz.

Yer : Azərbaycan Dillər Universiteti

Ordak insanların dediklərinə görə isti ADYAL da lazımdı. Hər gecə yağış yağır. gecələr hava soyuq olur.

Başqa nə yardım edə bilrəsizzə hər cür yardıma açığıq. 

Paltar qəbul olunmur.

Və bir də zəlzələ yerinə getməküçün avtobusa ehtiyacımız var.

Yardım toplandıqdan sonra 31.05. 2012 -ci il saat 08 : 00 da Zaqatalaya yola düşüləcək. 

Bizimlə Zaqatalaya getmək istəyən könüllülər email yazmaqla gedəcəklərini təsdiqləsinlər.

Əlaqə : Konul Yazar : 055 487 99 21
Elnur Bəkirov: 051 527 72 01

Email ünvanı : zaqatalayardim@yahoo.com

Diqqət! Yardım etmək istəyən dostlar, şəxsiyyət vəsiqənizi üzərinizdə götürməyi və yardım etdiyiniz zaman sizə verilən sənədi doldurmağı unutmayın! Bu bizim və sizin inanmınızın üçündür.

Tələbələrin şəxsi təşəbbüsü nəticəsində həyata keçirilir.

https://www.facebook.com/events/330383983700471/331568826915320/?notif_t=group_comment

h1

young.az – gələcək qədər yeni | 28 May’da fəaliyyətə başladı

May 16, 2012

Azərbaycan gəncliyini beynəlxalq düşərgədə təmsil etmək üçün yola çıxdıq | http://www.young.az/

Bəyədiyiniz üçün təşəkkürlər :

h1

AFFA və “İRƏLİ” İdman Mərkəzi futbol üzrə “Gənclər Kuboku” turnirinə start verir

May 13, 2012

AFFA və “İRƏLİ” İdman Mərkəzi futbol üzrə “Gənclər Kuboku” turnirinə start verir

Azərbaycan Futbol Federasiya Assosiyasiyaları (AFFA) və “İRƏLİ” İdman Mərkəzi Azərbaycanda Qeyri Hökumət Təşkilatları arası ilk “Gənclər Kuboku” layihəsinə  start verir.  Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təbliği  və bu sahəyə marağı olan gəncləri bir araya gətirməkdir. Layihədə iştirak etmək istəyən hər bir şəxsdən öz təşkilatını təmsil etmək üçün 20 May 2012-ci il tarixinə qədər www.ireli.az saytına daxil olaraq Elanlar bölməsində yerləşdirilən elektron formanı doldurmaları xahiş olunur. Layihə 1 İyun 2012-ci il tarixindən etibarən start götürəcək.

Qeyd edək ki, 2012-ci ilin Cənab Prezident tərəfindən “İdman ili” elan edilməsini, ölkəmizdə bu sahənin inkişafına dövlət qayğısının artırılmasını, həmçinin gənclər arasında idmana olan marağı nəzərə alaraq, “İRƏLİ” İctimai Birliyi “İRƏLİ” İdman Mərkəzi yaradılması qərarına gəlmişdir.

QEYD: İştirak edən hər bir kəs təmsil etdiyi təşkilatın üzvü olmalı və hər bir komanda üzvlərinin sayı 10 nəfərdən ibarət olmalıdır.

Qeydiyyat

qaynaq: http://ireli.az/activity/news/20120511023358009.html

h1

Qarant İnvest şirkətində Təcrübə Proqramı

May 11, 2012

Əgər Siz tələbəsiniz və yay aylarında investisiyalar və maliyyə sahəsində təcrübə əldə etmək istəyirsinizsə onda bizim şirkətə müraciət edin.

Proqramda iştirak etmək istəyən tələbələr aşağıda qeyd olunmuş e-mail ünvanımıza şəxsi CV-lərini göndərməlidirlər. Şirkətimizin mütəxəssisləri hər bir şəxslə may ayının sonlarında əlaqə saxlayacaqlar.

Qarant İnvest broker şirkəti haqqında

Qarant Invest broker şirkəti öz fəaliyyətinə 2011-ci ildə başlamışdır. Şirkət müştərilərinə maliyyə bazarlarında öz xidmətlər toplusunu təklif edir. Qarant Invest şirkətinin vasitəçiliyi ilə Siz vəsaitlərinizi müxtəlif maliyyə alətlərinə yatıra və onlardan gəlir əldə edə bilərsiniz. Qarant Invest şirkəti keyfiyyətli xidmət göstərmək məqsədilə bir sıra məşhur xarici maliyyə institutları ilə əməkdaşlıq əlaqələri qurmuşdur.

Şirkət broker lisenziyasına malikdir.

Proqramda müxtəlif ali məktəblərin və fakültələrin tələbələri iştirak edə bilərlər.

Təcrübə proqramında iştirak etmək üçün öz tərcümeyi-halınızı (CV) office@qarantinvest.az ünvanına göndərməyiniz kifayətdir.

Daha ətraflı məlumat əldə etmək üçün (012) 499 79 69 əlaqə nömrəsinə müraciət edə bilərsiniz

qaynaq : http://resurs.az/jobs/593-qarant-invest-sirktind-tcrueb-proqrami

h1

“Qəbələ Konserv Zavodu”na Təcrübi Ekskursiya

May 11, 2012

“ÖZ Təcrübəm” təqdim edir:

• Təcrübə əldə etmək üçün kifayət qədər imkanların olmadığını düşünürsən?
• İş prosesini təcrübi olaraq görmək istərdin?
• Gündəlik istehlak məhsullarının istehsal prosesi sənə maraqlıdır?
• İstehsalatda hansı amillərin həlledici rol oynadığını bilmək istəyirsən?

O zaman “ÖZ Klub”-un “Gilan Holdinq” – ə təşkil etdiyi növbəti təcrübi ekskursiyada sən də iştirak et!

“Gilan Holding” – Qəbələ Konserv Zavodu

“Jalə”, “Bağdan”, “Zolotoy sad”, “Natura” təbii şirələri bu zavodun məhsullarıdır. Qeyd etmək lazımdır ki, “Natura” təbii şirəsi mükafatlandırılaraq 2011-ci ilin brendi seçilmişdir. 17.11.2011 tarixində Qəbələdə “Gilan Holdinq”ə məxsus limonad zavodu da işə salınmışdır.

Təcrübi ekskursiyanın proqramına daxildir:

• “Jalə Limonad Zavodu” nda istehsal prosesi ilə tanışlıq
• “Jalə” , “Natura” və “Zolotoy Sad” şirələrinin 3istiqamətdə istehsalıyla tanışlıq
• Xüsusi Soyuducu Saxlama Kameralarıyla tanışlıq
• Bu sahədə sizi maraqlandıran bütün suallara cavab
• Ekspedisiya boyu Fotosessiya
• Oteldə furşet
• Xüsusi avtobusla mənzil başına çatdırılma və geri gətirilmə

Tarix: 19 May, saat 08:00 – 21:00
Görüş yeri: Azneft meydanı

Təcrübi Ekspedisiya yalnız ÖZ Klub üzvləri üçündür və ÖDƏNİŞSİZDİR.

İştirakçı sayı – 45 nəfər. Qeydiyyatdan keçməyə tələsin!

Qeydiyyatdan keçmək üçün
Həftə içi 15:00 – 19:00
Şənbə günü 13:00 – 16:00 saatlarında ofisimizə yaxınlaşıb qeydiyyat anketini doldurmaq tələb olunur.

Qeydiyyat üçün son tarix: 17 May, saat 18:00

Ofis: İçərişəhər, Böyük Qala 40 (Milli Ensiklopediya binasının yanı)
e-mail: oz.experience@yahoo.com
Tel: 051 760 01 70

Facebook event

h1

SIFE Azərbaycanın yeni üzvləri ilə görüş keçiriləcək.

May 10, 2012

SIFE -Students in Free Enterprises – Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində

1975-ci ildən fəaliyyət göstərən beynəlxalq təşkilatdır. Dünyanın 40 ölkəsində SIFE programı aktivdir.Azərbyacana bu təşkilata 2006-cı ildən qoşulmuşdur.

SIFE – SIFE biznesin müsbət gücü ilə, daha yaxşı və daha davamlı dünya yaratmaq üçün bu günün və sabahın liderlərini bir yerə toplayan beynəlxalq təşkilatdır!

 12 May saat 10:00 -da SIFE Azərbaycanın yeni üzvləri ilə görüş keçiriləcək. Müxtəlif Universitetlərdən olan tələbələrlə görüş əsnasında SIFE nədir?, SIFE-n cəmiyyətdə rolu, Mən SIFErəm kimi mövzular ətrafında təqdimat aparılacaq. Həmçinin tələbələrə məlumat verildilkdən sonra onlar öz universitetlərində fəaliyyət göstərən SIFE komandaları aktivləri ilə tanış ola biləcək və bu şəbəkənin aktiv iştirakçısı olmaq şansı əldə edəcəklər.

https://www.facebook.com/groups/sife.azerbaijan/

h1

Essay Contest / Embassy of the United States of America in Azerbaijan

May 7, 2012


Embassy of the United States of America in Azerbaijan in cooperation with the U.S. – Educated Azerbaijani Alumni Association (AAA) are happy to announce the annual :

ESSAY CONTEST

 Essay requirements

Essays shall be up to 400 words long, in English only, and should find a creative way to write about one of the following three topics:

 When I think of America I think of …

My dream is…

Ways to succeed in my community?

Who can apply:

The contest is open for two age groups: 1) 14-15 years old and 2) 16-17 years old. Each age group will be judged separately. Only participants living outside of Baku are eligible to submit essays. Alumni of the U.S. educational programs are not eligible to apply.

How to apply:

Submit your handwritten or typed essays to five American Centers (located in the Ganja Central City Library, Lankaran SCHRO, Khachmaz Central City Library, Salyan Central City Library, and Kurdemir Central City libraries) and f.y.i. (IREX) centers or sent them electronically toUSEssayContest@gmail.com. Handwritten essays shall be scanned and sent by email or turned in in person. Please include your name, place of residence, and contact information both in the email and on a separate cover sheet attached to your essay.

Judging:

The contest will be judged by the representatives from AAA, Peace Corp, and the U.S. Embassy. The main criteria will be creativity and the judges are mainly looking for the presentation of unique and well thought out ideas. Grammar and punctuation will not be taken into account except in extreme cases where they make the essay unreadable.

 Prizes:

1st Prize: $50

2nd Prize: $30

3rd Prize: $20

Deadline:

6:00 pm, Friday, May 18, 2012.

Please email us at USEssayContest@gmail.com with any questions.

https://www.facebook.com/notes/us-embassy-baku-ab%C5%9F-%C4%B1n-az%C9%99rbaycandak%C4%B1-s%C9%99firliyi/essay-contest-in%C5%9Fa-m%C3%BCsabiq%C9%99si/421419647875952

qaynaq : https://www.facebook.com/groups/vidagt/