Posts Tagged ‘ABŞ’

h1

Xəzər Universitetində Yay Məktəbi

April 24, 2012

Xəzər Universiteti nəzdində fəaliyyət göstərən Avrasiya Bilik Mərkəzi 22-29 iyun 2012-ci il tarixdə “Neft ölkələrində iqtisadi diversifikasiya və davamlı inkişaf” mövzusunda yay məktəbi təşkil edir.

Yay məktəbi neft-qaz gəlirlərindən səmərəli istifadə olunması, neft ölkələrində fiskal sistem, suveren fondlar, diversifikasiya və davamlı inkişaf və s. mövzuları əhatə edir.

İştirak ödənişi : 100 AZN

Dərslər ABŞ-dan dəvət olunmuş müəllimlər, eləcə də yerli mütəxəssislər tərəfindən ingilis dilində aparılır.

Yay məktəbini müvəffəqiyyətlə bitirənlər müvafiq sertifikat alacaqlar.

Dərslər Universitetin Mərkəz kampusunda (Bəşir Səfəroğlu, 122) ünvanda yerləşən tədris korpusunda keçirilir.

Yay məktəbində iştirak etmək üçün CV və müvafiq anket forması 1 iyun 2012-ci il tarixinə qədər təqdim olunmalıdır.

Məsul şəxs: Avrasiya Bilik Mərkəzinin direktoru, İqtisadiyyat və Menecment fakültəsinin dekanı, Professor İnqilab Əhmədov
Telefon: +994 12 422 24 97
Email: mtural@khazar.org

h1

ABŞ-da Təhsil – Hobson’s Virtual Tələbə Fuarları

March 12, 2012

ABŞ-da Təhsil almaq istəyənlərin nəzərinə :
Hobson’s Virtual Tələbə Fuarları başlayır
İlk Fuar : Asiya, 31 mart 2012 

Bu yaxınlarda Virtual Tələbə Fuarları başlayacaq. İlk olaraq 31 martda Asiya Virtual Tələbə Fuarı keçiriləcək. Siz bu Fuarlara virtual olaraq qoşula bilərsiniz. Beləliklə siz aşağıda verilən link-ə qeydiyyatdan keçin. Daha sonra verilən vaxtda yenə eyni link-ə daxil olun və ABŞ universitetləri ilə ünsiyyət qurun.

Virtual Tələbə Fuarına qatılmaqla siz :

* ABŞ kollec və universitetlərinə qəbul haqqında məlumat almaq üçün canlı olaraq universitet nümayəndələri ilə görüşəcəksiniz.

*İstədiyiniz universitetin xarici(beynəlxalq) tələbələri ilə söhbət edəcəksiniz.

*Tələbələrin videolarını izləyə və endirə biləcəksiniz.

* USD 3,000 məbləğində təqaüd əldə etmə imkanınız olacaq.

Bunlar üçün etməyiniz lazım olan 2 addım :
1- Qeydiyyatdan keçin
2- Fuar vaxtında iştirak edin

http://www.hobsonsevents.com/

h1

“Qarabağı ABŞ-da Tanıt” Ən Yaxşı Layihə İdeyası Müsabiqəsi

March 1, 2012

 

Resurs.Az ictimai veb portalı ABŞ-ın Qarabağ Fondu ilə əməkdaşlıq çərçivəsində “Qarabağı ABŞ-da Tanıt” adlı ən yaxşı layihə ideyası üzrə müsabiqə elan edir. Müsabiqənin məqsədi ABŞ-ın Qarabağ Fonduna Azərbaycan və onun Qarabağ bölgəsinin ABŞ-da təbliği üçün ən yaxşı fəaliyyət ideyası verməkdir.

Son Gün: 31 mart 2012

Müsabiqədə qalib gəlmək üçün təqdim olunan layihə ideyaları aşağıdakı tələblərə cavab verməldir:

  • Layihə ideyası aydın şəkildə yazılmalı, mənalı olmalı və təklif olunan layihə fəaliyyəti Azərbaycan və onun Qarabağ bölgəsini haqqında məlumatı ABŞ cəmiyyətinə çatdırmaq üçün ən yaxşı vasitələri özündə əks etdirməlidir
  •  ABŞ-ın Qarabağ Fondu tərəfindən seçilmiş layihə ideyasının icra olunması nəticəsində ABŞ-ın geniş ictimai dairə və insanları Azərbaycan və onun Qarabağ bölgəsinin mədəniyyəti, musiqisi və mədəni irsi haqqında ətraflı məlumat almalıdır
  • İnnovativ layihə ideyalarına üstünlük veriləcək. Layihə ideyası yaradıcı və innovativ fəaliyyətlərdən istifadə etmək ilə Azərbaycan mədəniyyətini və onun Qarabağ bölgəsinin ABŞ-da tanınmasına yardım etməlidir
  • Layihə ideyası sərbəst formatda yazılmalı, yarım səhifədən çox olmamalı və ideyanı təqdim edən şəxsin adı/soyadı və əlaqə məlumatı göstərilməlidir

Qalib üçün Mükafat

Layihə ideyası qalib gələn şəxs 300 manat pul ilə mükafatlandırılacaq və onun haqqında məlumat və ideyası Resurs.Az saytında yerləşdiriləcək.

İdeyaların təqdim olunması

Layihə ideyalarının təqdimatı üçün son tarix 31 mart 2012-ci ildir. İdeyaların seçimi Qarabağ Fondunun MDB və Avropa ölkələri üzrə nümayəndəliyi, Xəzər Universiteti və Qarabağ Fondunun ABŞ-dakı baş ofisi tərəfindən birgə aparılacaq və ən yaxşı ideya müsabiqənin qalibi olacaq. Layihə ideyanızıbaku_office@karabakhfoundation.org elektron poçt ünvanına göndərə bilərsiniz. Elektron məktubun mövzu hissəsinə (subject) “layihə ideyası” adını qeyd edin.

Ətraflı məlumat üçün Qarabağ Fondunun MDB və Avropa ölkələri üzrə nümayəndəliyi ilə əlaqə saxlaya bilərsiniz. E-mail:baku_office@karabakhfoundation.org Qarabağ Fondu və onun layihələri haqqında ətraflı məlumat fondun saytına daxil olaraq ala bilərsiniz. http://www.karabakhfoundation.org/

Qarabağ Fondunun fəaliyyətini və maraqlı tədbirlərini Facebook ilə izləyin: http://www.facebook.com/KarabakhFoundation

 Qarabağ Fondu ABŞ-da yaradılmış və mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri hökumət təşkilatıdır. Bu təşkilat ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu ABŞ-da müxtəlif sərgi, ictimai proqram, forum və mübadilə proqramlarının həyata keçirir.

h1

IHS Summer Seminars

February 21, 2012

IHS Summer Seminars
George Mason University, Virginia, USA

Deadline: 31 March 2012
Open to: Undergraduate students, graduate students, and recent graduates are eligible for most seminars (eligibility requirements vary by seminar)
Costs: travel costs are not covered

Description

The Institute for Human Studies provides programs tailored to a wide variety of backgrounds. Whether you’re a seasoned libertarian or just getting curious about individual liberty, attending an IHS Summer Seminar geared toward your interests will connect you to rich resources, engaging people, and enriching ideas.

Seminar themes range from liberty fundamentals to challenging advanced topics, to career-specific material focused on public policy, academia, or journalism. Seminar topics include peace, natural rights, individual autonomy, the morality of free enterprise, the role of a free press in society, and more.

Seminars take place on college campuses located across the United States. All participants receive a full scholarship covering housing, meals, and books. Participants are responsible for travel costs.

Eligibility

Undergraduate students, graduate students, and recent graduates are eligible for most seminars (eligibility requirements vary by seminar; see specific seminar pages for details).

Application

To apply, create an IHS account.

The Official Website