h1

AEGEE-Bakı ilə Avropanı fəth et!

March 28, 2012


Əziz gənc, əgər SƏN yay tətilini avropalı tələbələr ilə birgə Avropanın 200-ə yaxın şəhərində keçirmək istəyirsənsə o zaman AEGEE-nin ən böyük layihəsi olan “Summer University” üçün müraciət et!

AEGEE (Association des Etats Generaux des Etudiants de l’Europe) , yəni Avropa Tələbələri Forumu Avropada ən böyük tələbə assosiasiyasıdır.

“Yay Universiteti” AEGEE Avropanın müxtəlif lokallarının təşkilatçılığı ilə bir və yaxud bir neçə ölkədə təşkil olunur.

AEGEE-nin “Yay Universiteti” layihəsində iştirak edərək, SƏN:

*Avropanın müxtəlif ölkələrindən yeni dostlar qazanacaq;
*Olduğun ölkənin dilini öyrənəcək, mədəniyyəti və görməli yerləri ilə tanış olacaq;
*Müxtəlif təlim və seminarlarda iştirak edəcək və ən əsası AEGEE ruhunu AEGEE ailəsinin üzvləri ilə birlikdə hiss edəcəksən!

Müraciət üçün son tarix: 24 aprel 2012-cil il

2 həftə / 140 € / yol pulu və viza xərcləri də iştirakçılar tərəfindən ödənilir.
82 tədbir
İyun-Sentyabr

Tədbirlərin siyahısı və ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:
http://www.projects.aegee.org/suct/su2012/su_list.php

Təşkilatçı: Avropa Tələbəri Forumu Bakı İctimai Birliyi
web: www.aegee-baki.org
e-mail: aegeebaki@gmail.com
tel: (+99412) 4954567 , (+99450) 348 03 47
Ünvan: Əlövsət Quliyev 69

facebook event page

Şərh yazmaq Təsir etməkdir :)